Accessibility links

Dünya boyu koronavirusun yeni variantına qarşı tədbirlər görülür


ABŞ Prezidenti Co Bayden Birləşmiş Ştatların bazar ertəsindən etibarən Cənubi Afrika və yeddi digər Afrika ölkəsindən səyahəti məhdudlaşdıracağını elan edib.

Birləşmiş Ştatlara gəlmədən öncəki 14 gün ərzində bu səkkiz ölkədən birində olan ABŞ vətəndaşı olmayan hər bir insanın ölkəyə girişinə icazə verilməyəcək. Bu məhdudiyyətlər Amerika vətəndaşları və qanuni daimi sakinlərinə tətbiq olunmayacaq, ancaq onlar da bütün başqa beynəlxalq sərnişinlər kimi mənfi test nəticəsi təqdim etməli olacaqlar.

Bayden bu açıqlamanı cümə günü baş tibbi müşaviri Dr. Antoni Fauçi ilə məsləhətləşəndən sonra edib. Məhdudiyyətlərin tətbiq olunduğu ölkələr arasında Cənubi Afrikadan əlavə Botsvana, Zimbabve, Namibiya, Lesoto, Esvatini, Mozambik və Malavi var.

Bayden bu qərarı Ümumdünya Səhiyyə Təşkilatı yeni B.1.1.529 variantını narahatlıq doğuran variant elan edib, onu omikron adlandırandan sonra verib.

Bayden öz açıqlamasında Amerika xalqına iki mühüm mesajının olduğunu deyib: “Tam vaksin olunanlara “mümkün olduğu anda gücləndirici vurun,” tam vaksin olmayanlara isə, bu gün vaksin vurdurun” deyirəm.

Omikron nədir?

Omikron Ümumdünya Səhiyyət Təşkilatı tərəfindən narahatlıq doğuran variant adlandırılan beşinci koronavirus variantıdır. O ilk dəfə bir neçə həftə öncə COVID-19 hallarının kəskin şəkildə artdığı Cənubi Afrikada aşkarlanıb.

Virusun zülalında təxminən 30 mutasiya var və alimlər onların bəzilərinin virusun yayılmasını asanlaşdıra biləcəyindən narahatdır. Lakin onlar omikronun daha yoluxucu bə ya təhlükəli olub olmadığını bilmirlər.

Yeni variantla bağlı narahatlıqlar cümə günü səhm birjasında dəyişikliklərə səbəb olub və nəticədə benzinin barelinin qiyməti 10 dollar ucuzlaşıb.

Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, variantla bağlı daha çox məlumat əldə etmək həftələrlə vaxt ala bilər və səyahət məhdudiyyətlərinə qarşı xəbərdarlıq edib. ÜST-ün fövqəladə hallar idarəsinin direktoru Mayk Rayan “düşünülməmiş tədbirlər” görməməyə çağırıb.

Lakin Rayanın tövsiyyəsinə məhəl qoyulmayıb. Belə ki, Britaniya, Avropa İttifaqı, Kanada və ABŞ kimi yerlərdə səyahət mədhudiyyətləri bərpa olunub. Hinidistan, Yaponiya, İsrail, Türkiyə, İsveçrə və Birləşmiş Ərəb Əmirlikləri müəyyən səyahət məhdudiyyətləri tətbiq ediblər.

Bəzi epidemioloqlar isə xəbərdarlıq edir ki, mümkündür ki, bu tədbirlər artıq gec görülüb. Omikron artıq Belçika, Botsvana, İsrail və Honq Konqda aşkar olunub. Cənubi Afrikadan Niderlanda uçan onlarla sərnişinin koronavirus testi müsbət çıxıb.

XS
SM
MD
LG