Accessibility links

Dünya boyu milyonlarla insan evdə qalmağa çağırılır


Dnüya boyu bir çox ölkələrin hökümətləri koronavirusun yayılmasının qarşısını almaq üçün insanları evdə qalmağa və izdihamlı yerlərdən uzaq durmağa çağırırlar.

Cənubi Koreya ölkədə yoluxma halları əhəmiyyətli dərəcədə azaldığı bir vaxt virusun yayılmasının qarşısını almaq üçün ölkəyə gələn insanları yoxlanışdan keçirir.

Çin də bənzər yanaşma tətbiq edir. Çin höküməti 21 yeni yoluxma halının qeydə alındığını və onların hər birinin xaricdən gəldiyini bildirib.

Bu iki ölkə son bir neçə həftədə böyük irəliləyiş əldə edib, lakin dünyanın digər hissələrində, xüsusilə də Avropada koronavirusa yoluxma halları sürətlə artır.

İtaliyada bir gün ərzində 3.000 yeni yoluxma halı qeydə alınıb. Bu isə o deməkdir ki, İtaliya koronavirusa ümumi yoluxma hallarına görə Çindən sonra ikinci yerdədir və orada yoluxma halları üçüncü yerdə gələn İrandan iki dəfə çoxdur.

Birləşmiş Ştatlar boyu icmalar daha öncə Çin, Cənubi Koreya və İtaliyadakı kimi bəzi karantin tədbirlərini görür. Ağ Ev isə əhalini 10-dan çox insanın toplaşdığı yerlərlə getməməyə çağırıb.

San Fransisko şəhəri yaxınlığındakı ərazidə 7 milyona yaxın insana evlərində qalmalarına və yalnız mühüm işlərini həll etmək üçün bayıra çıxmalarına dair göstəriş verilib.

Bundan əlavə Venesuela virusun yayılmasının qarşısını almaq üçün ölkə boyu karantin elan edəcəyini bildirib, Finlandiya isə məktəb və universitetləri bağlamağı planlaşdırır.

Birləşmiş Millətlər Təşkilatı dünya boyu 500 milyon şagird və tələbənin dərsə getmədiyini bildirib.

Səhiyyə rəsmilərinin insanların izdihamlı ərazilərə getməmələrinə dair çağırışları nəticəsində bir çox öllələrin hökümətləri barlar, restoranlar və kinoteatları bağlayıb, idman liqaları isə oyunları təxirə salıb.

Hindistan bazar ertəsi Tac Mahala ziyarətləri qadağan edib.

Ümumdünya Səhiyyə Təşkilatı bazar ertəsi sosial məsafənin zəruri olduğunu bildirib. Bundan əlavə ÜST-ün sədri Tedros Adhanom Ghebreyesus deyib ki, hər şübhəli insan test olunmalıdır.

Əgər onların testi müsbət çıxsa, onları izolyasiya edib, onlarda simptomlar üzə çıxamdan bir iki-gün öncə onlarla yaxın ünsiyyətdə olan insanları müəyyən edib, onları da test etmək lazımdır.

Dünya boyu 180 min təsdiqlənmiş yoluxma və 7100 ölüm halı var. 79 mindən çox insan isə artıq sağalıb.

Çox insanda virus nəticəsində yüngül simptomlar olur, xəsətliyin daha ağır formaları yaşlı insanlar və ya səhhətində problem olan insanlara üzə çıxır.

XS
SM
MD
LG