Accessibility links

COVID-ə yoluxma halları amerikalı gənclər arasında artmaqdadır


JAMA tibb jurnalının onlayn səhifəsində dərc olunan Harvarda məxsus bir araşdırmasının nəticələrinə görə, "ABŞ-da gənclər arasında COVID-19 halları getdikcə sürətlə artmaqdadır."

Araşdırmada 18-lə 34 yaş arasındakı 3222 gənc iştirak edib. Araşdırma pandemiyanın gənclərə əhəmiyyətli dərəcədə təsir etdiyini göstərib. Belə ki, yoluxanlardan 21 faizi reanimasiyaya çatdırılıb, 10 faizinə süni tənəffüz cihazı taxılıb, 2.7 faizi isə ölüb.

Piylənmə, hipertoniya və şəkərli diabet xəstələrinin daha çox risk altında olduqları bildirilir. Tədqiqatçılar bu xəstəliklərdən birinə sahib olan gənclərin yoluxma riskinin belə problemləri olmayan orta yaşlı insanlarla müqayisədə daha çox olduğunu müşahidə edib. Xəstəxanalara yerləşdirilməsi tələb olunan xəstələrin yarısından çoxunu qaradərili və latın amerikalılar təşkil edib.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin ayrı hesabatında isə bildirilir ki, ABŞ-n 11 tibb müsəssisəsində simptom sərgiləyən xəstər üzərində aparılan araşdırma onu göstərib ki, COVID-19 nəticələri müsbət çıxan insanlar testləri mənfi çıxan insanlarla müqayisədə iki dəfə daha çox restoranda yemək yediklərini bildiriblər.

Britaniyanın baş naziri Boris Conson bu həftə hökumətinin hər gün azı yarım milyon insan üzərində nəticələri dəqiqlər içincə bəlli olanCOVID-19 testi keçirmək üçün iddialı bir proqram başlatacağını bildirib. Conson proqramın ilin sonuna qədər hazır olacağına və Britaniyanı normal həyata qaytaracağına, test nəticləri mənfi çıxaxları isə daha çox azadlıqlar təmin edəcəyinə ümid etdiyini deyib.

Conson kütləvi test təşəbbüsü barədə məlumatı yeni, əksər sosial toplantılarda iştirak edənlərin sayının 30 nəfərdən 6 nəfərə qədər məhdudlaşdırılması barədə qərardan sonra verib.

Cons Hopkins Universiteti dünya boyu COVID-19-da 28 milyondan çox yoluxma, 900 mindən çox ölüm halının qeydə alındığını bildirib. ABŞ-da isə 6.4 milyon yoluxma, 191 mindən çox ölüm halı qeydə alınıb.

XS
SM
MD
LG