Accessibility links

Dünya Derek Çauvinin Corc Floydun ölümündə təqsirli bilinməsinə reaksiya verir


Dünya Derek Çauvinin Corc Floydun ölümündə təqsirli bilinməsinə reaksiya verir
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Polisin ötən il Minneapolisdə 46 yaşlı qaradərili Corc Floydu öldürməsi dünya boyu "Qaraların Həyatı Mühümdür" adlı etirazlara səbəb oldu. Çərşənbə axşamı sabiq polis zabiti Derek Çauvinin qətldə təqsirli bilinməsi bir çox ölkədə müsbət qarşılanıb amma bərabərlilik fəalları deyir ki, hər çox iş görülməlidir.

Rahatlaşma. Əzab. Kədər. Corc Floydun qatilinin- sabiq polis zabtii Derek Çauvinin - günahkar bilinməsi Floydun Minneapolisdə öldürüldüyü yerdə toplaşan izdiham arasında müxtəlif duyğulara səbəb olub.

Bunlar ABŞ-da ədalətin təmin olunduğunu izləyən dünya boyu milyonlarla insanın paylaşdığı duyğulardır.

“Münsiflər məhkəməsinin də qəbul etdiyi kimi, bu işdə dəlillər açıq aydındır. Hər hansı başqa bir qərar ədalətin ələ salınması olacaqdı. Amma Birləşmiş Ştatlarda və dünya boyu saysız-hesabsız Afrika mənşəli digər qurbanlar və onların ailələri üçün ədalət uğrunda mübarizə hələ də davam edir,” BMT-nin insan haqları üzrə ali komissarı Mişel Başelet bildirib.

Britaniyanın baş naziri Boris Conson çərşənbə günü parlamentdə ehtiramını bildirib.

“Keçən gəcə Minneapolisdə çıxarılan hökm Corc Floydun ailəsi və dostarını ədalətlə təmin etdi. Və mən bilirəm ki, bütün palatanın düşüncələri onlarladır.”

Corc Floydun qətli dünya boyu "Qaraların Həyatı Mühümdür" etirazlarına səbəb oldu. Britaliyalı fəal Lourens Hu İngiltərənin Bristol şəhərində həmin etirazların təşkilinə yardım edib.

“Mən hazırda sevinmək üçün səbəbin olduğunu düşünmürəm. Belə görünür ki, ədalətin təmin olunması üçün dünya boyu kampaniya keçirilməli, şəhərlər yanmalı oldu. Bu gün biz özümüzü bir ar key kimi hiss edirik, çünki onsuzda verilməli olan bu qərarla bağlı çox böyük sevinc yaşanır,” o deyib.

Fransa hökuməti bu qərarın qlobal mahiyyətini qeyd edib.

“Cənab Floydun başına gələn dəhşətli faciə Birləşmiş Ştatların sərhədlərindən uzaq yerlərdə də duyğular yaratdı və bu da açıq şəkildə göstərir ki, məhkəmənin qərarı Birləşmiş Ştatlardan kənarda da rezonans yaradır,” Fransa hökumətinin sözçüsü Qabriel Attal deyib.

Cənubi Afrikada Yohannesburqun sakinləri Amerikanın Səsinə bildirib ki, onlar Derek Çauvinə qarşı çıxarılan qərarı müsbət qarşılayıblar.

“Ədalət təmin edildi. Amma məncə bu onu etməyin doğru yolu deyil, çünki gələcəkdə bunun qarşısını almağın müxətlif yolları olmalıdır,” Yohannesburqlu tələbə Tomas de Bir bildirir.

“Ədalətin bərqərar olmasına görə sevirinəm. Məndə dünyanın hər bir hissəsində, hər bir torpağındakı insan belə hiss edir,” Yohannesburq sakini Yusuf Areinqton Katrada deyir.

Ədalət ilk öncə Corc Floydun ailəsi üçün, daha sonra isə dünya boyu onların çəkdikləri əzab və qəzəbi hiss edən çox sayda insan üçün təmin olundu.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG