Accessibility links

Dünyada koronavirusdan ölənlərin sayı 1,2 milyonu keçib


Cons Hopkins Universitetinin Koronavirus Resurs Mərkəzi tərəfindən toplanan məlumatlara görə, dünya boyu koronavirus pandemiyasından ölənlərin sayı 1,2 milyonu nəfəri keçib.

Ölüm halları təxminən bir il davam edən pandemiyaya 46,5 milyon insan arasındadır ki, bunun 10 milyondan çoxu Avropa qitəsinin payına düşür.

Belçika, İngiltərə, Fransa və Almaniya da daxil olmaqla, Avropanın bir sıra ölkələri virusun ikinci bir dalğası ilə üzləşir və bu dalğanın qarşısını almaq üçün yeni məhdudiyyətlər tətbiq edir.

Ümumdünya Səhiyyə Təşkilatının direktoru doktor Tedros Adhanom Gebreyesus bazar günü COVID-19 testi müsbət nəticə verdiyi üçün karantində olduğunu bildirib. Doktor Tedros tvitter səhifəsində özünü yaxşı hiss etdiyini bildirib və "simptomlarım yoxdur" yazıb. Lakin o,"@ WHO protokoluna uyğun olaraq" evdən çalışacağını bildirib.

Bazar günü Britaniya mediasında yer alan xəbərdə Avropada koronavirusa yoluxan 10 milyon insandan birinin də Britaniya şahzadəsi Villiamın olduğu bildirilib. Məlumatda 38 yaşlı şahzadəyə diaqnozun aprel ayında, atası şahzadə Çarlzın virusa yoluxduğunu və özünü təcrid etməyə başladığını elan etməsindən bir neçə həftə sonra qoyulduğu deyilib.

Con Hopkins Universitetinin Koronavirus Resurs Mərkəzinə əsasən, bazar gününə olan məlumata görə, Britaniyada 1 014 794 yoluxma və 46 645 ölüm halı qeydə alınıb.

Qlobal pandemiyanın ən ağır təsirinə məruz qalan ölkələrdən biri Avstraliya idi. Ölkənin səhiyyə orqanları şənbə günü ilk dəfə ölkədə yeni COVID-19 hallarının olmadığını bildirib.

XS
SM
MD
LG