Accessibility links

”Koronavirus dünya əhalisi arasında hələ bir müddət dolaşacaq”


Alimlər sürətlə yayılan koronavirusun dünya əhalisi arasında bir müddət dolaşacağını bildirib.

Lakin alimlərin fikrincə, 2 milyondan çox insanın ölümünə səbəb olan virusla mübarizədə COVID-19 peyvəndləri əhəmiyyətli rol oynayır.

Hindistanın aparıcı ictimai səhiyyə işçisi, doktor T. Ceykob Can Associated Press-ə verdiyi müsahibəsində deyib ki, bir vaxt olacaq koronavirusa da yanaşma poliomielit ya da çiçək kimi xəstəliklərə yaşama kimi olacaq.

Zimbabve COVID-19 peyvəndinin ilk dozalarını bazar ertəsi alıb. Sinofarm peyvəndləri Çindən bu ölkəyə ianədir. Zimbabve hökuməti gələn ay Afrika ölkəsinə gəlməsi gözlənilən əlavə 600 min doz satın aldığını bildirib. Lakin bu, milyonlarla sakininin peyvənd alması üçün çox azdır.

İsrail əhalisinin koronavirus əleyhinə peyvənd almasında böyük addımlar atıb. Lakin son zamanlar peyvənd etmək istəyənlərin sayı azalıb və ölkənin baş naziri Benyamin Netanyahu buna səbəbin “internetdə yayılan saxta xəbərlər, xurafatçı və bəzən zərərli inanclar” olduğunu deyib.

İsrail dezinformasiyalara qarşı rəqəmsal işçi qrupunun sayını artırıb. Associated Press xəbər agentliyi İsrailin DJ-lər də olmaqla, sakinləri peyvənd məntəqələrinə cəlb etmək üçün pulsuz yemək təklif etdiyini bildirib.

Tədqiqatçılar ABŞ-da COVID-19-un azı yeddi yeni variantını aşkar edib. Lakin bu variantların Britaniya və Cənubi Afrika variantları qədər yüksək dərəcədə yoluxucu olub-olmaqdığı məlum deyil.

ABŞ-da COVID-19-a gündəlik yoluxanların sayı son aylarda ilk dəfə 100 mindən aşağı olub. Buna baxmayaraq, ABŞ COVID-19-a yoluxma hallarına görə siyahının başında qalmaqda davam edir.

Dünya boyu COVID-19-a 108 milyondan çox yoluxma halı qeydə alınıb. Cons Hopkins institutunun bildirdiyinə görə, 27 milyondan çox olmaqla, ABŞ birinci, Hindistan 10.9 milyonla ikinci, Braziliya 9.8 milyon yoluxma halı ilə üçüncü yerdədir.

Ruhi xəstəliklər üzrə mütəxəssislər koronavirus pandemiyasının gənclər arasında psixi böhran yaratması ilə əlaqədar xəbərdarlıq edir. Həkimlər gənclərin yalnızlıq və ümidsizlik yaşadığını, bəzilərinin isə virusun gənc həyatlarına gətirdiyi bütün bəlalara görə intihar etməyi düşündüklərini bildirib.

XS
SM
MD
LG