Accessibility links

ÜST: Koronavirus pandemiyasının ikinci ili daha sərt ola bilər


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar üzrə rəhbəri deyib ki, koronavirus pandemiyasının ikinci ili birinci ilin azı ilk bir neçə ayından daha sərt ola bilər.

Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri ilə onlayn müzakirəsi zamanı Mayk Rayan bu günə qədərki yoluxma dinamikasını və digər məsələləri nəzərə alaraq, 2021-ci ildə xüsusilə Şimal Yarımkürəsində daha sərt göründüyünü deyib.

Britaniya və Cənubi Afrikada aşkar edilən virusun ikinci variantı daha təhlükəli olmasa da, daha tez yoluxdura bilməsi Avropa ölkələrində narahatlıq yaradıb.

Rayan virusla hərtərəfli mübarizə aparmaq üçün hər ölkədə elm, ictimai ünsiyyət, idarəetmə kimi sahələrdə nəyin işləyib nəyin işləmədiyini öyrənməyin vacib olduğunu deyib.

Rayan keçən ilin sonunda, bayram zamanı yoluxmalarla bağlı məlumatlarda aldadıcı bir azalma olduğunu, lakin yoluxmaların son bir həftədə 5 milyon yeni yoluxma və 85 min ölümlə yenidən baş qaldırdığını bildirib.

Onun sözlərinə görə, Cənub-Şərqi Asiya xaricində dünyanın bütün bölgələrində son bir həftə ərzində yoluxmalarda artım qeydə alınıb, yoluxmaların yarısı və ölüm hallarının 45%-i ilə Amerika qitədə öndə gedir. Avropanın payına yeni yoluxma hallarının üçdə biridüşür. Lakin ötən həftə ilə müqayisədə yoluxmalar 10% azalıb.

ÜST-ün texniki məsələlər üzrə mütəxəssisi Mariya Van Kerxove deyib ki, yaxşılaşmazdan əvvəl bəzi ölkələrdə qış tətilindən sonrakı dalğa vəziyyəti pisləşdirəcək. O, bəzi ölkələrdə virusun nəzarət altına alındığını və cəmiyyətin yenidən açıldığını deyib və həmin ölkələri vəziyyəti qorumaq üçün əllərindən gələni etməyə çağırıb.

XS
SM
MD
LG