Accessibility links

Dünyada COVID-19-a yoluxanların sayı 100 milyonu keçib


Ölkələrin koronavirus peyvəndini əldə etməkdə və paylanmasında çətinliklərlə üzləşdiyi bir zaman 2,1 milyonu ölüm olmaqla, dünya boyu COVID-19-a yoluxanların təsdiqlənmiş sayı 100 milyonu keçib.

Dünyada yoluxma hallarının sayı 50 milyona təxminən 11 ayda, 100 milyona isə son 3 ayda çatıb.

Bu həddi çərşənbə axşamı aşan Britaniya də daxil olmaqla, 5 ölkədə koronavirusdan 100 mindən çox ölən olub.

Səhiyyə rəsmiləri virusun yayılmasının qarşısını almaq üçün insanları maska taxmaq, məsafə saxlamaq və böyük toplantılardan çəkinmək kimi addımlar atmağa çağırıb. Hökumətlər yoluxmalardakı sıçrayışlara əsasən müxtəlif səviyyələrdə məhdudiyyətlərə başlayıb.

Peru çərşənbə axşamı xəstəxanalarındakı böyük bir artımla mübarizə aparmaq üçün paytaxtı və digər 9 bölgəni bağlamaq məcburiyyətində qalıb.

Cənubi Koreya da epidemiyanın son dalğasını idarə etməyə çalışır.

Səhiyyə rəsmiləri Xristian təşkilatının nəzdindəki 6 kilsə və məktəblərdə 297 yoluxma faktının qeydə alındığını bildirib. Ölkədəki 40 belə yerin 32-də testlər aparılmasına göstəriş verilib.

Avstraliyanın səhiyyə rəsmiləri son 10 gündə ölkədə heç bir yeni COVID-19-a yoluxma halının qeydə alınmadığını bildirib.

Bu səbəbdən ölkə rəsmiləri cümə günündən başlayaraq maska taxmaq və məclislərdə, toylarda və ibadət yerlərində toplanma məhdudiyyətlərini yüngülləşdirmək barədə qərar verib.

COVID-19 peyvəndlərini inkişaf etdirmək üçün keçirdikləri yarışdan sonra təxminən 56 ölkə əhalisinə peyvənd tətbiq etməyə başlayıb.

XS
SM
MD
LG