Accessibility links

2026-ci il Dünya Kuboku Los Ancelesdə keçiriləcək [Video]


2026 Dünya Kuboku Los Ancelesdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:02:40 0:00

Növbəti altı il Los Anceles üçün olduqca əyləncəli olacaq. Şəhər 2026-cı ildə FIFA Dünya Kubokuna və cəmi iki il sonra Olimpiya oyunlarına ev sahibliyi etməyə hazırlaşır.

Pasadenadakı məşhur Roz Boul stadionunu işlədən şirkətin prezidenti Viktor Qordo üçün 2026-cı il FIFA Dünya Kubokunun bəzi oyunlarının Los Ancelesdə keçirilməsi xoş xəbər oldu.

Biz təzəlikcə stadionda 182 milyon dollarlıq yenilənmə işləri gördük və ümid edirəm ki, bu növbəti 100 ilədək stadionu işlətməyə bəs edər
Viktor Qordo

“Məncə, Pasadena bütün dünyanı Amerikanın Roz Boul stadionunda salamladığı üçün fəxr edir. Biz çox şad olardıq ki, bir, iki, üç və bəlkə daha çox oyun keçirək. Biz dünyaya qucaq açırıq və bir daha bayram edirik.”, Roz Boul stadionunun direktoru Viktor Qordo deyib.

Roz Boul təxminən bir əsr əvvəl tikilib və dünyanın ən nəhəng 20 stadionu arasındadır.

Bu stadion 1932 və 1984-cü illərdə keçirilən Yay Olimpiadalarının keçiriləcəyi məkan olub.

Qordo əmindir: belə bir stadion hər zaman FİFA Dünya Kubokuna ev sahibliyi etməyə hazırdır.

“Biz təzəlikcə stadionda 182 milyon dollarlıq yenilənmə işləri gördük və ümid edirəm ki, bu növbəti 100 ilədək stadionu işlətməyə bəs edər"- deyə, Viktor Qordo xəbər verib.

Bir az yaxında, İnqlvudda başqa bir, 70.000-ə yaxın adam yerləşdirə biləcək yeni "Forum" stadionu demək olar ki, hazırdır.

FIFA prezidenti Gianni Infantino 2018-ci il iyunun 13-də Moskvada keçirilmiş 68-ci FIFA Konqresində ABŞ, Meksika və Kanadada 2026 FIFA Dünya Kubokunun keçiriləcəyini elan edildikdən sonra səlahiyyətlilərlə şəkil çəkdirdi.
FIFA prezidenti Gianni Infantino 2018-ci il iyunun 13-də Moskvada keçirilmiş 68-ci FIFA Konqresində ABŞ, Meksika və Kanadada 2026 FIFA Dünya Kubokunun keçiriləcəyini elan edildikdən sonra səlahiyyətlilərlə şəkil çəkdirdi.

Onun açılışı 2020-ci ildə gözlənilir. Yerli hakimiyyət orqanları onun həm 2026-ci il Dünya Kuboku həm də, 2028-ci il Yay Olimpiya Oyunları zamanı oyunların keçiriləcəyi stadionlardan biri olacağına ümid bəsləyir. Ancaq bəzi sakinlər Olimpiya oyunlarının və Dünya Kubokunun Los Ancelesə gətirilməsinin küçələrin bağlanmasına, əlavə tıxac və minlərlə turistin şəhər üçün yaxşı olmadığına düşünür.

"LA-də Olimpiyaya yox" adlı təşkilatın başçısı Stiv Düsi deyib: “Dünya kuboku oyunları zamanı bu cür hallar daim baş verir, eyni vəziyyət Olimpiya oyunlarının zamanı da olur. Bu cür meqa-tədbirlər sponsorluq edən təşkilatlara vergi endirimləri bəxş edir və polisin daha da hərbiləşdirilməsinə gətirib çıxarır”.

Los Ancelislilər isə çox nikbindirlər.

2026-cı il Dünya Kuboku ABŞ, Meksika və Kanadanın 16 şəhərində birgə keçiriləcək – üç ölkədə ərazisində keçiriləcək ilk belə turnir.

XS
SM
MD
LG