Accessibility links

Dünya liderləri Şri Lankada hücumları qınayıb


Dünya ölkələrinin liderləri Şri Lankada 290 nəfərin ölümü, 500 insanın isə yaralanması ilə nəticələnmiş bomba hücumlarını kəskin qınayıb.

ABŞ prezidenti Donald Tramp Twitter sosial şəbəkəsində yazdığı mesajında Şri Lanka xalqına başsağlığı ifadə edib və Amerikanın köməyə hazır olduğunu bildirib.

Hindistanın baş naziri Narendra Modi bildirib ki, “bu kimi vəhşiliyə bizim regionda yer yoxdur”.

Roma Papası Fransis Vatikanda Pasxa münasibətilə keçirilən dua mərasimində hücum qurbanlarının ailələrinə başsağlığı bildirib.

Biz zorakı ekstremizmlə qarşılaşdıqları vaxt Şri Lanka hökuməti və xalqı ilə bir dayanırıq.
Dövlət katibi Mayk Pompeo

Britaniyanın baş naziri Tereza Mey Twitter sosial şəbəkəsində “faciənin yaşandığı bir vaxt hadisənin təsirinə məruz qalan bütün insanlara dərin kədərini” ifadə edib.

Şri Lankada Pasxa günü kilsələr və otellərdə hücumlar zamanı ölənlər arasında Amerika, Britaniya və digər ölkə vətəndaşlarının olduğu bildirilir.

ABŞ dövlət katibi Mayk Pompeo hücumları ən kəskin şəkildə pisləyib. O, ölənlər arasında ABŞ vətəndaşlarının olduğunu təsdiqləyib. “Biz zorakı ekstremizmlə qarşılaşdıqları vaxt Şri Lanka hökuməti və xalqı ilə bir dayanırıq və hücumu törədənlərin məsuliyyətə cəlb olunması işinə yardım üçün yardımımızı təklif etmişik” - deyə, Pompeo bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG