Dünya liderləri ABŞ prezidenti Donald Trampın ABŞ-ın İsrailinin Qolan təpələri üstündəki suverenrliyini tanıyacağına dair bəyanatını qınayıb.
Suriyanın xarici işlər naziri cümə günü bildirib ki, Trampın bəyanatı “məsuliyyətsizdir” və “Qolanın hər zaman ərəb və Suriya torpağı olduğu və belə də qalacağı faktını” dəyişmir. Xarici işlər nazirliyindən bir mənbənin Suriyanın rəsmi xəbər agentliyi SANA-ya deyib ki, Trampın bəyanatı “açıq şəkildə Birləşmiş Ştatların beynəlxalq legitimliyə qarşı nifrətini və ABŞ qanununun pozulduğunu əks etdirir”.
Qolan təpələri 1967-ci ildə altı günlük müharibə zamanı İsrail tərəfindən ələ keçirilib və o zamandan bəri İsrailin nəzarəti altındadır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Trampı bəyanatın regionu “yeni böhran və yeni gərginliklərə” doğru aparır.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda İslam Əməkdaşlığı Təşkilatının üzvlərinə bildirib ki, İsrailin “illərdir Məscidül-Əqsaya qarşı sistematik hücumları” İsrailin inamlara və müqəddəs yerlərə hörmətinin olmadığının və ya birlikdə yaşamağa tolerant yanaşmadığının sübutudur”. Çavuşoğlu əlavə edib ki, “ABŞ prezidenti Donald Trampın Qolan təpələri ilə bağlı qəbuledilməz bəyanatları bu səhv mentaliteti dəstəkləyir”.
Ərəb Liqasının sədri Əhməd Əbul Geit də Trampın bəyanatını qınayıb və deyib ki, “Heç bir ölkə, nə qədər mühüm olduğundan asılı olmayaraq bu cür qərar verə bilməz”.
Altı ərəb monarxiyasından ibarət Köfrəz Əməkdaşlıq Şurası bildirib ki, Trampın bəyanatı “ Ərəb Qolan təpələrinin İsrailin hərbi güclə aldığı Suriya torpağı olduğu faktını dəyişməyəcək” və bu bəyanat “ədalətli və hərtərəfli sülh əldə etmək şansına” xələl gətirir.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “Trampın şəxsi qərarlarının regionu böhrana doğru aparacağını” proqnozlaşdırıb.
Avropa İttifaqı İsrailin mübahisəli ərazi üzərində suverenliyini tanımadığını vurğulayıb. “Aİ-nın mövqeyi dəyişməyib” – deyə, Avropa İttifaqının sözçüsü Reuters-ə bildirib.
Rusiya Trampın İsrailin suverinliyini tanımaq çağırışının yerinə yetirilməyəcəyinə ümid etdiyini bildirib. “ Bu hələ ki, bir çağırışdır”, Kremlin sözçüsü Dmitri Peskov söyləyib.
Tramp bu bəyanatı cümə axşamı Twitter hesabında paylaşıb və Qolan təpələrinin “İsrail Dövləti və Regional Sabitlik üçün strateji və təhlükəsizlik baxımından kritik dərəcədə mühüm” olduğunu söyləyib.