Dünyadakı milyonlarla insan bu gün İsa Məsihin Qüdsdə çarmıxa çəkildiyi Müqəddəs Cümə gününü qeyd edir.
Lakin bu il Müqəddəs Cümə günü ritualları bu il fərqlidir. Dünyanın COVID-19-la mübarizə apardığı bir vaxt əksər xristianlar təntənəli mərasimləri kilsələrə toplaşmaqla deyil, müxtəlif media platformalarında izləməklə qeyd edir.
Dünyanın çox yerində insanlar bu ölümcül virusun yayılmasının qarşısını almaq üçün evdə oturmalı olub.
Adətən xristianlar müqəddəs torpaqda İsa Məsihin çarmıxa çəkilməsini dualar və Qüdsün köhnə hissəsində İsa Məsihin çarmıxa çəkilməsi üçün aparıldığı yolla yürüş edir..
Onlar əllərində taxta xaçlarla qədim Müqəddəs Məqbərə kilsəsinə aparan 14 məntəqədən keçir. Rəvayətlərə görə bu kilsə İsa Məsihin çarmıxa çəkildiyi, dəfn edildiyi və zühur etdiyi yerdir.
Con Hopkins Koronavirus Resurs Mərkəzi dünya boyu 1,6 milyondan çox insanın koronavirusa yoluxduğunu deyir.
466 000-dən çox insanın yoluxduğu ABŞ dünyada virusun sürətlə yayıldığı qaynar nöqtədir.
Onun ardınca 153,222 və 143,626 yoluxma halı ilə İspaniya və İtaliya gəlir.
"Pandemiya beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına ciddi təhlükə yaradır və potensial olaraq xəstəliyə qarşı mübarizə qabiliyyətimizi poza, sosial iğtişaşların və zorakılığın artmasına səbəb ola bilər" - deyə, BMT-nin baş katibi Antonio Quterres cümə axşamı BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.