Accessibility links

Dünya Mətbuat günü - Azad Mətbuat nə üçün əhəmiyyətlidir


Dünya Mətbuat günü - Azad Mətbuat nə üçün əhəmiyyətlidir
please wait

No media source currently available

0:00 0:03:12 0:00

Mayın 3-ü bütün dünyada beynəlxalq mətbuat günü kimi qeyd edilir. Media hüquqlarını müdafiə təşkilatı olan Sərhədsiz Reportyorların bu günlər açıqladığı hesabatda göstərilir ki, dünya boyu mətbuat azadlığı səviyyəsi azalır, jurnalistlərə qarşı isə təhlükələr artır.

Dünya boyu jurnalistlər avtoritar rejimlər hakimiyyətini gücləndirdikcə hədəfə çevrilir. Sərhədsiz Reportyorlar təşkilatının yeni hesabatında deyilir ki, bu qorxu mühiti bütün dünyada və Amerikada media azadlıqlarının azalmasına səbəb olur.

Bəziləri bunu demokratiyanın dayaqlarına hücum adlandırır.
Jurnalistləri Müdafiə Komitəsinin direktoru müavini Roberr Mahoni.

“Hökumətlərin cavabdeh tutulması və şəffaflığın təmin edilməsində öndə gedən jurnalistlərdir. İnsan haqlarının durumu necədir, onların ödədiyi vergidən yığılan pullar haraya gedir. Jurnalistlər olmasa, hökumətlər bu hüquqları məhddulaşdıran siyasətlər yürüdü bilər. Və korrupsiya da böyüyə bilər.”

Kiber hücumlar, həbslər və oğurlanmalar, bəzən isə qətllər mətbuat üzvlərini qorxutmaq üçün istifadə edilən bəzi taktikalardır.

Amerikanın Səsi ABŞ hökuməti tərəfindən maliyyələşdirilsə də, bizim müstəqil qalmağımız üçün qanunlarımız var. Buna görə də bizim səsimiz həqiqətən də müstəqil səsdir.
Amanda Bennett, Amerikanın Səsinin direktoru

Çin və Şimali Koreya hesabatda dünyada mətbuat azadlığının ən ciddi pozulduğu ölkələr olaraq göstərilir. Birləşmiş Ştatlarda da mətbuat azadlığı səviyyəsi “yüksək səviyyəli rəsmilərlə bağlı bəzi məlumatların `saxta xəbər` kimi qələmə verilməsi halları ilə əlaqədar bir qədər azalıb.

Lakin jurnalistlər ABŞ konstitusiyasının onları qoruduğunu və işlərini davam etdirməsi üçün müdafiə etdiyini deyir.

“Bizimlə bir sıra başqa ölkələr arasında fərq bundna ibarətdir. Bu da qanunun aliliyidir. Qanunun aliliyi mövcuddur və əsas etibarilə təmin edilir və bizimlə dünyanın başqa ölkələri arasında böyük fərq yaradır. Məsələn, Amerikanın Səsi ABŞ hökuməti tərəfindən maliyyələşdirilsə də, bizim müstəqil qalmağımız üçün qanunlarımız var. Buna görə də bizim səsimiz həqiqətən də müstəqil səsdir.”

Filippində prezidenti Rodriqo Duterte tərəfindən mediaya qarşı davamlı təhdidlər bir zamanlar mətbuat azadlığı səviyyəsinin yüksək olduğu bu Asiya ölkəsində media nümayəndələrinə qarşı düşmən münasibətə gətirib çıxarıb.

Mariya Ressa, jurnalist.

“Son 14 aya baxsaq, Filippin hökuməti bizə qarşı 11 iş açıb. Mən son ayda səkkiz dəfə zəmanət vermişəm. Beş həftə ərzində mən iki dəfə həbs edilib, bir dəfə saxlanmışam. Bu, azadlıqlarımızın ekstremal şəkildə azalmasıdır.”

Aprel ayında Myanmanın ali məhkəməsi Reuters agentliyinin 2017-ci ildə Rohinca müsəlmanlarının qətllərini araşdırdıqları zamanı həbs edilmş iki jurnalistini yeddi il həbsə məhkum edib. Reuters agentliyinin baş redaktoru Stiven Adler.

“Bu, tamamilə quraşdırılmış bir işdir. Bu, işin hər detalından aydın idi. Polis şahidlərindən biri deyib ki, onun həbs haqda qeydləri olub, lakin o, qeydlərini yandırıb. Başqa şahid unutmamaq üçün ifadələrini əlinin üstündə yazmıışdı. Üçüncüsü isə gəlib deyib ki, onlara bizim jurnalistlərə iş qurmaq tapşırılıb. Onların qətllərlə bağlı məlumat verdiklərinə görə həbs edildiyinə dair heç bir sual yoxdur.”

Sərhədsiz Reportyorların hesabatında Norveç media azadlığının ən yüksək səviyyədə olan ölkə kimi, bir sıra başqa ölkələr isə jurnalistlər üçün təhlükəsiz hesab edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG