Accessibility links

Dünya Meteorologiya Təşkilatı ekstremal hava şəraitlərilə bağlı xəbərdarlıq verib


Dünya Meteorologiya Təşkilatı iqlim dəyişikliyi səbəbi ilə dünyanın bir çox bölgəsində daşqınlar, isti hava və digər ekstremal şəraitlərlə bağlı xəbərdarlıq verib.

Tailandda 12 yeniyetmə futbolçu və onların məşqçilərinin məruz qaldıqları durum regionda leysan yağışların artmasına nümunədir.

Təşkilat bildirir ki, bir çox bölgələrdə ekstremal hava şəraiti ölüm hallarına yol açıb.

Nümunə kimi 150 nəfərin həlak olduğu Yaponiyada fəlakətli daşqınlar göstərilib. Ölüm hallarının artacağından ehtiyat edilir.

Dünya Meteorologiya Təşkilatının sözçüsü Kleyr Nullisin dediyinə görə, fəlakətlərə hazırlıqlı olan ölkələrdə belə ölüm hallarının qarşısnı almaq mümkün olmur.

Digər ekstremal hava şəraiti isti dalğasına məruz qalan Avropanın şimal bölgəsində qeydə alınıb.

Təşkilat Amerikada iyun ayında olduqca yüksək temperatur müşahidə edildiyini bildirib. Kaliforniyanın Los Anjeles şəhərində havanın hərarəti 48.9 dərəcə olub.

Əlcəzairin sərha ərazilərində temperatur 51.3 dərəcəyə yüksəlib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG