Accessibility links

Dünya pasportlarının reytinqində Azərbaycan 74-cü yerdədir


Henley & Partners konsaltinq şirkətinin pasport reytinqində Yaponiya birinci yerdədir. Yaponiya vətəndaşları vizasız dünyanın 190 ölkəsini ziyarət edə bilərlər.

İkinci yerdə Sinqapur və Cənubi Koreya gəlir. Bu ölkələrin pasport sahibləri 189 ölkəyə vizasız səfər edə bilərlər. Üçüncü yeri isə Almaniya və Fransa tutur. Onların vətəndaşları dünyanın 188 ölkəsinə vizasız səfərlər etmək hüququna malikdirlər. Ümumi reytinq 104 yer üzrə hesablanıb.

Keçmiş Sovet İttifaqı ölkələri arasında liderlər Baltik ölkələridır.

· Litva və Latviya 11-ci yerdədirlər. Ölkə vətəndaşları 180 ölkəyə vizasız səfər edə bilərlər. Estoniya 12-ci yerdədir, bu ölkənin vətəndaşları isə 179 ölkəyə sərbəst gedə bilərlər.

· Ukrayna pasportunun sahibləri 128 ölkəyə sərbəst səfər edə bilərlər. Ukrayna reytinq cədvəlində 41-ci yerdədir.

· 46-ci yerdə olan Moldova vətəndaşları 122 ölkəni vizasız ziyarət edə bilərlər.

· Rusiya bu reytinqdə 48-ci yerdədir. Rusiyalılar 119 ölkəyə vizasız səfər edə bilərlər.

· 51-ci yerdə Gürcüstan gəlir. Gürcüstan vətəndaşları 114 ölkəyə vizasız səfər edir.

· Belorus pasportunun sahiblərinə 77 ölkəyə səfər etmək üçün viza tələb olunmur. Ölkə reytinq cədvəlində 66-ci yerdədir.

· Belorusdan sonra siyahida Qazaxstan gəlir. Bu ölkənin vətəndaşları 76 ölkəyə vizasız səfər edir.

· Azərbaycan pasportların reytinq cədvəlində 74-cü yerdədir. Azərbaycan vətəndaşları 74 ölkəyə vizasız səfər edə bilər.

· 79-cu yerdə Ermənistan durur. Ermənistan pasportuna sahib olanlar 61 ölkəyə vizasız səfər edir.

· Özbəkistan və Tacikistan 80-ci yeri bölüşürlər. Bu ölkələrin vətəndaşları 58 ölkəyə vizasız səfər edir.

· Analitiklərin verdiyi məlumata görə, Türkmənistan 85-ci yerdədir. Türmənistanlılar 58 ölkəyə vizasız səfər edir.

Ümumi reytinq cədvəlini Əfqanıstan və İraq bağlayır. Bu ölkələrin vətəndaşları vizasız 30 ölkəyə səfər edə bilər.

Henley & Partners şirkətinin bildirdiyinə görə, şirkətin tərtib etdiyi pasport indeksi vətəndaşların hərəkət azadlığına dair beynəlxalq əlaqələr və ölkələrin dünya səviyyəsində statusunu əks etdirən ilk beynəlxalq reytinqdir. 2018-ci ildən etibarən pasport reytinqi il ərzində bir neçə dəfə yenilənir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Ukraynaya 31 Abrams tankı göndərəcək. Azərbaycanın dövlət büdcəsi.
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG