Accessibility links

Dünya əhalisinin 90-95 faizi peyvənd olunmalıdır


Britaniyanın qlobal tibbi araşdırmalar xeyriyyə təşkilatı “Wellcome” on nəfərdən səkkizinin peyvənd edildiyini, bunun isə dünya boyu 79 faiz təşkil etdiyini deyərək, peyvəndin təhlükəsiz olduğu qənaətinə gəlib.

Lakin Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, dünya əhalisinin xəstəliklərdən tam qorunması üçün peyvənd olunanların sayı 90-95 faiz təşkil etməlidir.

140 ölkədə 140 min insan arasında aparılan araşdırmaların nəticələri göstərib ki, keçici xəstəliklərin daha az olduğu zəngin ölkələrdəki insanlar peyvəndin təhlükəsizliyinə daha şübhəli yanaşır.

Yoxsuk ölkələrdə isə insanlar peyvəndin təhlükəsiz, effektiv və vacib olduğuna inanır.

Fransa peyvəndə daha çox şübhə ilə yanaşan ölkələrin siyahısını hazırlayıb. Banqlıadeşdə aparılan sorğuların nəticələri demək olar ki, hər kəs peyvəndin təhlükəsiz və effektiv olduğunu deyib.

XS
SM
MD
LG