Accessibility links

Dünya boyu COVID-19-dan ölüm halları 5 milyona yaxınlaşır


Cons Hopkins Koronavirus Resurs Mərkəzi bazar günü bildirib ki, koronavirus pandemiyası səbəbilə ölüm halları 5 milyona yaxınlaşır.

Hindistanın Baş naziri Romada G-20 sammitində dünya liderlərinə deyib ki, Hindistan gələn ilin sonunadək ölkəsi və dünya boyu istifadə üçün 5 milyon vaksin istehsal edəcək.

Lakin Narendra Modi şənbə günü bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı Hindistanın Covaxin vaksini təsdiq edib, fövqəladə istifadəsinə icazə versə 5 milyon dozanı istehsal etmək daha asan olacaq. Covaxin Hindistanın Bharat Biotech şirkəti tərəfindən istehsal olunur.

Bu arada Çin lideri Şi Tsinpin şənbə günü sammitdə video çıxışında bildirib ki, Çin dünya boyu paylanan 1.6 milyard COVID-19 vaksini istehsal edib.

Nyu Yorkda bələdiyyə işçiləri ötən həftə COVID-19 vaksinləri vurdurublar, çünki onlar cümə gününədək ən azı bir doza vaksin vurduqları sübut etməli idilər. Lakin hələ də 26 min işçinin hər altısından biri hələ də vaksin vurmayıb. Vaksin olunmayan işçilər ödənişsiz məzuniyyətə göndəriləcəklər.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG