Accessibility links

Dünyada İnternet azadlığının vəziyyəti ilə bağlı hesabat açıqlanıb


Dünyada İnternet azadlığının vəziyyəti ilə bağlı hesabat açıqlanıb
please wait

No media source currently available

0:00 0:01:53 0:00

Onlayn məzmunun manipulyasiyası İnternet azadlığının yeddinci il davamlı olaraq zəifləməsinin əsas səbəbi olub.Bu barədə Freedom House təşkilatının 2017-ci il üçün hazırladığı hesabatında deyilir. Çin üçüncü ildir ki, dünyada İnternet azadlığını ən çox boğan ölkədir. İnternet azadlığının ən çox mövcud olduğu ölkələr isə İslandiya və Estoniyadır.

Türkiyə İnternet azadlığının zəiflədiyi ölkələrdən biridir. 2016-cı ildə prezident Rəcəb Tayyib Ərdoğana qarşı hərbi çevriliş cəhdindən sonra ölkədə İnternet sərt nəzarət altındadır.

Adrian Şahbaz, Freedom House: “Biz son illərdə Türkiyə məhkəmlərinin bəzi məzmunları platformalardan yığışdırılması qərarlarının əməl edilməməsinin həmin platformaların bloklanması ilə nəticələndiyini müşahidə edirik.”

Hesabat həm də manipulyasiyanın və dezinformasiya taktikalarının 18 ölkədə keçirilən son seçkilərdə aparıcı rol oynadığını qeyd edir. Birləşmiş Ştatlarda “saxta xəbərlər”-in yayılması 2016 seçkiləri ərəfəsində başlansa da, hələ də narahatlıqlardan biri olmağa davam edir.

Adrian Şahbaz: “Təəssüf ki, bu ilin nəticələri İnternetin diktator ölkələrini sabitsizləşdirə bildiyi kimi, demokratik ölkələrdə də problemlərə səbəb ola bilməsi ilə bağlı fikirlərə daha çox əsas verdi.”

Freedom House dürüst jurnalistikanı susdurulmasında sosial medianın necə silah kimi istifadə edildiyini araşdıran müstəqil jurnalistlərə dəstəyin artırılmasına çağırır.

Adrian Şahbaz: “Biz Birləşmiş Ştatlar kimi bəzi ölkələrdə seçkiyə müdaxilə səyləri çərçivəsində istifadə edilən dezinformasiyanın arxasında kimlərin dayandığını araşdırılması ilə bağlı yaxşı nümunələrin şahidi olduq.”

Rusiya hökuməti xarici ölkələrdə siyasi proseslərə təsir etmək və ölkə daxilində hakimiyyəti saxlanılması cəhdlərində saxta xəbərləri istifadə edən ölkələrindən biridir.

XS
SM
MD
LG