Accessibility links

Ukrayna prezidentinin həyat yoldaşı koronavirusa yoluxub


Ukrayna Prezidenti Volodimir Zelenskiyin həyat yoldaşı Olena Zelensa cümə günü koronavirus üçün verdiyi testin nəticəsinin müsbət çıxdığını bildirib. Lakin o, həyat yoldaşı və hər iki övladının testlərinin mənfi çıxdığını deyib.

"Bu gün mən koronavirus üçün verdiyim testdən müsbət cavab aldım. Bu, gözlənilməz xəbər oldu. Xüsusi ilə nəzərə də alsaq ki, mən və ailəm qoruma tədbirlərinə - maska, əlcək taxmaq, sosial məsafə saxlamağa əməl edirik" -deyə o, Facebookda yazıb.

O özünü yaxşı hiss etdiyini, xəstəxanaya yerləşdirilmədiyini, ancaq həyat yoldaşı və uşaqlarından təcrid olunduğunu bildirib.

Ukraynada ümumi olaraq koronavirusa 29,753 yoluxma halı qeydə alınıb. Virusadan ölənlərin sayı isə 870 nəfərdir. ​

XS
SM
MD
LG