Accessibility links

Dünyada koronavirusa yoluxanların sayı 100 mini ötüb


Reuters xəbər agentliyi məlumat yararaq bildirir ki, dünya üzrə 85 ölkədə koronavirusa yoluxanların ümumi sayı 100 mini keçib. Hazırda əldə olan son məlumatlara əsasən, ümumi olaraq virusdan həyatını itirənlərin sayı isə 3300-ü keçib.

Dünyanın iqtisadi gücü olan ABŞ-da 57 yeni yoluxma halı qeydə alınıb. Yeni yoluxma halları Kolorado, Merilənd, Tennesi və Texas ştatlarında aşkarlanıb. Hazırda ABŞ-da ümumi yoluxanların sayı 230 nəfərdir.

Xəstəlik səbəbi ilə Google, Facebook, Amazon, Microsoft kimi iri şirkətlər Sietl ərazisindəki əməkdaşlarına evdən işləməyi tövsiyə edib. Bu tövsiyənin ərazidə yaşayan təxminən 100 min insana təsir edəcəyi gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG