Accessibility links

Dünyanın ən böyük birgünlük seçkisi başa çatıb


İndoneziya seçkilərində superqəhrəman kostyumları geyinmiş seçki nümayəndələri.
İndoneziya seçkilərində superqəhrəman kostyumları geyinmiş seçki nümayəndələri.

Seçki qruplarının verdiyi məlumata görə, İndoneziyada çərşənbə günü keçirilən prezident seçkilərində ölkənin hazırkı prezidenti Yoko Vidodo digər rəqiblərindən öndədir.

Seçki məntəqələrində toplanan məlumatlara əsaslanan Vidodonun əsas rəqibi, millətçi və keçmiş general Prabovo Subiantonu 10 faiz səslə qabaqlayır.

Dünyanın ən böyük bir günlük seçkisi hesab olunan İndoneziya seçkilərində 193 milyon insanın iştirak hüququ var.

Rəy sorğularının çoxu Vidodonun ikirəqəmli fərqlə qalib gələcəyini düşünsə də, general Prabovo mətbuat konfransında 63 faiz səslə qalib gəldiyini bildirib.

Dünyanın ən çox müsəlman əhalisi olan ölkənin vətəndaşları bu seçkidə prezidentlə yanaşı, 20 min namizəd arasından vitse-prezident, milli, regional və yerli millət vəkillərini seçməli olub.

Seçki komissiyasının yekun nəticəni may ayında elan edəcəyi gözlənilir.


Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG