Accessibility links

Dünyanın ən xoşbəxt ölkələrinin siyahısı açıqlandı


Dünyanın ən xoşbəxt ölkələrinin siyahısı açıqlandı
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Finlandiya dünyada özünün uzun, soyuq qışları, gözəl meşələri və yüksək rihaf sistemi ilə tanınır. Onun iqtisadiyyatı digər güclü Avropa ölkələrinin iqtisadiyyatları ilə müqayisə edilə bilər. Bəs finnləri dünyanın ən xoşbəxt xalqı edən səbəb nədir? Bu sualın cavabını özləri də dəqiq bilmir.

Təqaüdə çıxmış bu cütlüyün də etiraf elədiyi kimi təbii ki, səbəb hava şəraiti deyil.

Finladiyadakı xoşbəxtlik indeksinə təsir edən səbəblər təbiəti, təhlükəsizlik, əlverişli uşaq baxımı, pulsuz təhsil və subsidiya olunmuş səhiyyə sistemidir. Ən xoşbəxt 10 ölkə siyahısına daxil olan digər ölkələrdə də bənzər səbəblərdir.

Ölkələrin xoşbəxtlik indeksi
Ölkələrin xoşbəxtlik indeksi

Buna görə də Cənubi Sudan, Mərkəzi Afrika Respublikası və Əfqanıstan kimi münaqişə zonasında olan ölkələrin niyə aşağı səviyyədə olması başa düşüləndir. Amma dünyanın ən qüdrətli və ən güclü iqtisadiyyatı olan ölkəsi ABŞ bu il 19-cu yerə düşüb. Hesabatda göstərilir ki, aludəçilik, qumar və dijital media ABŞ-da insanlar arasında depresiyanı güclənməsinə səbəb olan əsas faktorlardır.

Siyahın son on ilin ən böyük irəliləməsini əldə edən ölkələr Mərkəzi və Şərqi Avropa, Sahara Afrikası və Latın Amerikasından olan ölkələrdir.

Yəmən, Hindistan, Suriya, Botsvana və Venesuela ən böyük enişlər yaşayan ölkələrdir.

Hesabatda iqtisadiyyat, sosial dəstək, idarəetmə, sağlam həyat və korrupsiya da daxil olmaqla bir xalqın xoşbəxtliyinə təsir göstərə biləcək amillər nəzərə alınıb. Məlum olub ki, insanlar seçim edərək başqasına kömək edirsə, bu onları xoşbəxt hiss etdirir.

Xüsusən yeniyetmələr arasında sosial mediaya sərf olunan vaxtın artması xoşbəxtliyin azalması ilə nəticələnir.

Adətən xoşbəxt insanlar hazırda vəzifədə olan insanlara səs verir. Populist siyasətçiləri son dönəmlərdə uğur qazanmasının səbəbi də məhz onların özlərini bədbəxt hiss edən seçicilərə müraciət edə bilmə bacarıqlarının olmasıdır.

Hesabatda vurğulanır ki, bir millətin xoşbəxtliyinə təsir edə biləcək bir çox səbəb var və heç bir izah bütün millətlərə tətbiq edilə bilməz.
Ancaq aydın olan bir həqiqət var ki, günəşli hava xoşbəxtliyi təmin etmir.

XS
SM
MD
LG