Accessibility links

Dünyanın ikinci böyük karikatura muzeyi Təbrizdə


Təbriz Karikatura Muzeyi
Təbriz Karikatura Muzeyi

2005-ci ilin mart ayında Təbrizdə açılan karikatura muzeyi dünyanın ən böyük beş karikatura muzeyi arasında yer alır. İranın yeganə karikatura muzeyi olan Təbriz karikatura muzeyi Asya qitəsinin ən böyük karikatura muzeyi olaraq tanınır.

Məşhur Təbrizli karikatura sənətkarı Rəhim Baqqal Əsgərinin səyləri nəticəsində açılan bu muzey 1938-ci ildə inşa edilən Təbriz İncəsənət Evi binasında yer alır. Bu muzeydə ümumilikdə yüz fərqli ölkədən 20 mindən çox orijinal karikatura əsəri mövcüddür ki, bunların bir hissəsi dünyaca məşhur sənətkarların əsərlərindən ibarətdir.

Muzeydə saxlanılan əsərlər Şərqi Azərbaycan vilayətində keçirilən ondan çox beynəlxalq festivalın nəticəsində toplanmışdır. Muzeyin digər bölməsi tarixi və xarici dərgilərin arxivləri ilə yanaşı, mindən çox albomu olan kitabxanadır. Muzeydə dünya şöhrətli ustalar və karikaturaçılar, o cümlədən Zlatkovski Mixail Mixayloviç, Yuri Kosobukin, Koroğlu, Mihaita Prombita, Bayram Hacızadə və başqalarının təxminən 14 min əsəri var.

Təbriz Karikatura Muzeyi
Təbriz Karikatura Muzeyi


Bununla yanaşı Təbriz karikaturaçı rəssamlar birliyinin mərkəzi də bu muzeydə yer almaqdadır. İranda bənzəri olmayan bu muzeyin müəyyən edilmiş illik dövlət büdcəsi yoxdur və Təbriz Kartonistlər Birliyinin gəlirləri ilə idarə edilir.

Təbriz karikatura muzeyi qurucusu olan Rəhim Baqqal Əsgəri İranın YJC xəbər agentliyinə verdiyi müsahibədə muzey haqqında deyib: "Təbriz Karikatura Muzeyi, Bolqarıstanın Gabbro Muzeyindən sonra dünyada ikinci ən böyük muzeydir. İki muzeyin karikatura bölümü müqayisə edilərsə və Gabbro Muzeyinin satira bölməsi nəzərdən keçirilmirsə, Təbriz karikatura Muzeyi dünyada ən böyük karikatura muzeyidir."

Təbriz karikatura muzeyi qurulduğu gündən etibarən fərqli incəsənət tədbirlərinə, o cümlədən 12 beynəlxalq festivala ev sahibliyi edirb. Bununla yanaşı, dünya karikatura muzeylərinin rəhbərlərinin İtaliya, Fransa, Türkiyə, Azərbaycan, Suriya və Belçika nümayəndələrinin iştirakı ilə 2011-ci ildə ikinci iclası bu muzeydə keçirilib.

Tabriz-i Modern saytı İran Azərbaycanında karikatura tarixi haqqında yazıb ki, "Molla Nəsrəddin jurnalı çox ehtimalla karton sənətini ciddi şəkildə yayımlayan ilk nəşrlərdən biridir. Molla Nəsrəddin Azərbaycan türkcəsində və bəzən rus dilində yayımlanan bir nəşr idi. Jurnal əvvəlcə Tiflisdə (1906 - 1917), sonra Təbrizdə (1921), daha sonra Bakıda (1922 - 1931) nəşr edilmişdir. Karikatura sənəti Təbrizdə Məşrutə inqilabının basdırılmasından sonra 80-ci illərə qədər durğunluq dövründə olub."

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG