Accessibility links

Dəməşqlə Ankara arasında diplomatik balans sarsıla bilər


Rusiya və Türkiyənin xarici işlər nazirləri bazar ertəsi Ankarada görüş keçirəcək. Görüşün məqqsədi Suriyanın İdlib vilayətindəkı böhranın həlli yollarının müzakirəsidir.

Böhran Rusiya-Türkiyə münasibətlərindəki gərginliyi daha da artıra bilər.

Dəməşq qüvvələrini genişmiqyaslı əməliyyatlar üçün İdlibə yerləşdirir. Türkiyə isə rəqib döyüşçüləri müdafiə edəcəyini bildirir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə keçirilən ikigünlük Səfirlər Konfransında iştirak edir. Konfrans çərçivəsində o, Türkyənin xarici işlər naziri Mövlüt Cavuşoğlu ilə görüş keçirəcək.

Suriyanın vətəndaş müharibəsində müxtəlif tərəfləri dəstəkləyən Ankara və Moskva geniş əməkdaşlıq aparır. İdlib qarşıdurması Dəməşqlə Ankara arasında diplomatik balansı sarsıda bilər.

Belə ki, Ankara ilə Dəməşqin hərbi qarşıdurması reallıq təşkil edir.

Türkiyə İdlib ətrafında 12 müşahidə postu açıb. Bu, Moskva və Tehranın vasitəçiliyi ilə əldə edilən Astana razılığına əsaslanır.

Türkiyə 3.5 milyon suriyalı qaçqına sığınacaq verib. Ölkədə qaçqınlarla bağlı gərginliklər vüsət alıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qaçqınları geri qaytaracağına vəd verib.

Təhlilçilər valyuta problemi ilə iqtisadi tənəzzül qarşısında olan Türkiyənin sosial problemlərinin də artacağını bildirir.

XS
SM
MD
LG