"Azərbaycan Dəmir Yolları" (ADY) QSC iyulun 27-dən Bakı-Tbilisi marşrutu üzrə sərnişin qatarı və daxili marşrutlar üzrə tarifləri artırıb. Yeni tariflər ictimaiyyətə açıqlanmır, amma biletlər yeni qiymətlərlə satılır.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsi bildirib ki, plaskart və kupe vaqonlarda alt və üst yerlərə və SV tipli vaqonlara olan tələbatın tənzimlənməsi məqsədilə iyulun 27-dən ölkədaxili sürət və sərnişin qatarlarında gediş haqları, orta hesabla, 10 faiz artırılacaq.
ADY əvvəllər də aşağı yerlərə tarifləri qaldırmışdı.
2017-ci ildən dəmir yolunda tariflərə yenidən baxmaq səlahiyyəti Tarif Şurasından alınaraq ADY rəhbərliyinə verilib.