Accessibility links

Dəniz dibində şərabçılıq


Dəniz dibində şərabçılıq
please wait

No media source currently available

0:00 0:01:45 0:00

Dəniz dibində şərabçılıq

Amforalar kimi tanınan ənənəvi iki qulplu keramika qablarından qədim Yunanıstanda ərzaq məhsulları, xüsusilə də şərab saxlamaq və daşımaq üçün geniş istifadə olunurdu. Müasir dövrdə onlara mağazalardan daha çox qəzaya uğramış gəmilərin qalıqları arasında rast gəlmək olar. Lakin son zamanlar dənizin dibində içində şərab olan amforalar yenidən aşkar edilib. Bu dəfə olnar batmış gəmilərdən deyil, Şərqi Avropanın xüsusi şərab evindən tapılıb.

Bir çox şərab evlərində olduğu kimi Xorvatiyada yerləşən Draçidəki Edivoda şərabın saxlanması üçün xüsusi rəf var. Lakin buranın sahibi İvo Seqoviç özünün və həmkarının on ildən artıqdır ki, şərabı Adriatik dənizinin dibində yerləşən rəflərdə saxladığını deyir.

Şərab evinin sahibi İvo Seqoviç, "Biz bunu 20 metr dərinlikdə edirik, çünki buradakı Mali Ston körfəzində il boyu həmin dərinlikdə temperatur 15 dərəcə selsi olur. Bu qırmızı şərabın yaşlanması üçün idealdır."

Serqoviç deyir ki, bu şərablar adi rəfdə saxlanılanlardan daha yaxşı olur.

"Yeganə çatışmayan cəhət qaranlıqdır. Biz şərab suyun altında qaranlıqda saxlamağın yolları barədə düşündük. 20 metr dərinlikdə hələ də işıqlı olur. Beləliklə, amforalardan istifadə ideyası ağlımıza gəldi. Şüşə butulkanı amforanın işərisinə qoyduqda o, işığın şəraba çatmasına maneə törədir.”

“Navis Mysterium” və ya “Dənizin Sirri” adlanan şərab yerli üzümlərdən hazırlanır və suyun içərisində təqribən iki il, ümumilikdə 700 gün saxlanılıb. Şərab satışa çıxarılmağa hazır olmaq üçün bu qoruyucu gil amforalarda toplam üç il saxlanılmalıdır.

Somelye Darko Dabiç “Dənizin Sirri” şərabını Dubrovnikdəki restoranda təklif edir və onun Edivo şərab evinin digər şərablarından fərqli xüsusiyyətə malik olduğunu söyləyir.

Darko Dabiç, "Bu iki şərab arasındakı əsas fərq onların yaşlanma səbəbləri ilə bağlıdır. Amforada saxlanılan şərab daha yumşaqdır.”

Gələn il Edivo şərab evinin qonaqlaraına işçilərlə birgə sulara dalıb özləri üçün naharlarına uyğun şərab seçmək imkanı veriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG