Accessibility links

Dərslər başladı. Şagirdlərin sayında azalma var


Bilik Günü
Bilik Günü

Deputat: "...Boşanmalardır"

"Məktəblərdə şagird kontingentinin azalmasına ilk növbədə təsir göstərən ailələrdəki boşanmalardır".

Bunu deputat Fazil Mustafa bildirib.

Fazil Mustafa
Fazil Mustafa

Fazil Mustafa deyib ki, boşanma olan ailələrdə uşaq artımı olmaması kimi bir məsələ var. Deputata görə, boşanmalar artıma mənfi təsir göstərsə də, mahiyyətinə görə geniş tərkib təşkil etmir, artıma mənfi təsir göstərən başqa amillər də var: "Bu da sosial şərtlərdən irəli gələn miqrasiya məsələsidir. Bu və ya digər sosial şərtlərdən irəli gələrək ailələr ölkəni tərk edir ki, bu da narahatedici məsələdir".

Deputata görə, daha bir məsələ var ki, bu da məktəblərin cəlbedici olmamasıdır: "Məktəblərin cəlbediciliyi yetərli deyil. Valideynin övladının dərs ləvazimatlarını alması üçün çəkdiyi xərc nə qədər az sayılsa da, yenə də minimum əməkhaqqı və minimum pensiyadan yuxarı məbləğ çıxır. Digər bir məsələ şagirdlərin nəqliyyatla daşınmaması məsələsidir. Valideynin nəqliyyat vasitələri üçün xərcləri də az məbləğ sayılmaz. Bir sözlə, məktəbi cəlbedici etmək kimi məsələ həllini tapmalıdır".

Vüqar Bayramov
Vüqar Bayramov

"Ailədə 1, ən yaxşı halda 2 uşaq olmasına üstünlük verirlər"

"Azərbaycanda təbii artım faizi indi müsbət olsa da, azalır. Hələ, BMT 2015-ci il öncəsi bildirirdi ki, Azərbaycanda 2015-20-ci illərdə təbii artım azalacaq. Yəni, artım 1 faizdirsə, hazırda 0.9 faizə düşüb".

Bunu isə Sosial və İqtisadi İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib. O, son bir ildə ölkədə şagirdlərin sayının azalmasından danışarkən vurğulayıb ki, təbii artım nisbətində azalma var: "Bu azalmanın isə özünün səbəbləri var. İndi ailədə 1, ən yaxşı halda 2 uşaq olmasına üstünlük verirlər. Bu isə daha çox iqtisadi vəziyyətdən irəli gəlir. Ona görə ki, indi uşaq saxlamaq və böyütməyin özü çətinləşib. Ailələrin indi övlada yaxşı təhsil vermək, sağlam böyütmək kimi prioritetləri var. Çox uşaq olan yerdə bunları iqtisadi baxımdan təmin etmək mümkün olmur".

Vüqar Bayramov hesab edir ki, indi uşaqlardan ötrü qidalar bahalaşıb, səhiyyə xərcləri artıb.

Ekspertə görə, başqa tərəfdən, artan boşanmalar da nəzərdən qaçmamalıdır: "Bu iqtisadi bahalıq, boşanmalar son nəticə etibarilə özünü məktəbyaşlı uşaqların sayının azalmasında da göstərir".

Vüqar Bayramov hesab edir ki, hökumətə təbii artımı müsbət tendensiyada saxlaya bilmək üçün uşaqlarla bağlı xərclərin bir hissəsini, bəzi Avropa ölkələrində olduğu kimi, öz üzərinə götürməlidir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2012-ci ildən üzü bəri doğulan uşaqların sayında azalma var. 2011-ci ildə bu rəqəm 176 min 72 olmuşdusa, ötən il bu rəqəm 138 min 982-yə qədər azalıb.

Kamran Əsədov
Kamran Əsədov

"11-ci sinifləri 1-ci siniflərə qəbul edilən şagirdlərin 50 faizi bitirir"

"Ölkədə şagird sayındakı azalmaya təsir edən bir sıra səbəblər mövcuddur".

Bunu AzadlıqRadiosuna təhsil sahəsi üzr ekspert Kamran Əsədov deyib.

Kamran Əsədov xatırladıb ki, bu il ölkə üzrə 164 min 780 şagird 1-ci sinfə gedir. Onun fikrincə, keçən illə müqayisədə bu il 1-ci sinfə gedənlərin sayındakı azalma (1546 nəfər azalma var) ailələrin xaricə köçmələri və ya uşaqlarla bağlı hansısa bədbəxt hadisələrə görə ola bilər.

Kamran Əsədov deyib ki, bu azalmalara daha bir səbəb bəzi ailələrin övladlarını məktəbə 6 yaşdan yox, artıq 7 yaşdan gətirməsi də təsir göstərir. Onun vurğulamasına görə, belə ailələrin sayı hər il artır.

Kamran Əsədov əlavə edib ki, şagird sayının azalması təkcə birinci sinfə gedənlərlə yekunlaşmır, orta məktəbi bitirənlərin də sayında azalmalar müşahidə edilir.

Ekspertə görə, bu say azalması daha çox özünü 9-cu sinifdən göstərməyə başlayır: "9-cu sinifdən etibarən şagirdlərin bir qismi kolleclərə, texniki peşə məktəblərinə gedir, bir qismi zəif nəticələrə görə yuxarı siniflərə qəbul edilmir. Bundan əlavə, erkən nikahlar da şagird sayının azalmasına təsirsiz ötüşmür. Beləliklə, 11-ci sinifləri 1-ci siniflərə qəbul edilmiş şagirdlərin cəmi 50 faizi bitirir".

Kamran Əsədov hesab edir ki, yuxarı siniflərdə şagird sayının belə azalması ciddi məsələdir və bunun özü araşdırma tələb edir.

Bugün, sentyabrın 16-da Azərbaycanda 2019/2020-ci tədris ili başlayıb.

Verilən məlumata görə, bu il yeni tədris ilində ümumtəhsil müəssisələrində 1 milyon 525min 16 şagird təhsil almalıdır.

Şagirdlərdən 714 min 259-u qız, 810 min 757-si isə oğlandır. Onlardan I sinifdə 164 min 234-ü, XI sinifdə isə 82 min 782-si oxumalıdır.

Dərsələr iyunun 14-də başa çatır.

Bir il ərzində şagirdlərin sayında azalma var. 2018-ci il dərslər başlayanda ölkədə ümumilikdə 1 milyon 592 min 317 şagirdin təhsil aldığı açıqlanmışdı. Onlardan da 165 min 780 şagird I sinfə qədəm qoymuşdu.

Rəqəmlərin müqayisəsindən belə çıxır ki, birinci sinfə gedənlərin sayında 1546, cəmi şagirdlərin sayında isə 67 min 301 azalma var.

Xatırlatma

2004-cü ildən ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur. Bu il Bilik Günü bazar gününə təsadüf etdi və dərslər sentyabrın 16-da başladı.

AzadlıqRadiosu

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG