Accessibility links

3D çap olunmuş səyyar evlər [Video]


3D çap olunmuş səyyar evlər
please wait

No media source currently available

0:00 0:02:46 0:00

Hər hava şəraitinə uyğun, özü idarə olunan və enerji istehsal edən 3-D çap olunmuş səyyar ev təsəvvür edin. Xeyr, bu, texnolji xəyal deyil, PassivDom adlanan Ukrayna şirkətinin iddialı yeni layihəsidir. Şirkət Nevadanın Reno şəhərində bu evin prototipi üzərində işləyir.

ABŞ-da ilk 3-D çap olunmuş səyyar evlər Nevadanın Reno şəhərində istehsal olunacaq. Bu, tamamilə müstəqil, özü enerji istehsal edən, səyyar ev Ukraynanın PassivDom adlı startapına aiddir.

Ev bir neçə aylıq içməli su və enerji saxlaya bilir. Yəni əgər hətta təbii fəlakət baş versə belə, evin içində təhlükəsiz bir şəkildə qala bilərsiniz
Maks Gerbut

“İnsanlar xəyalpərəst olur. Onlar dağlarda, şəlalə yaxınlığında və ya okean kənarında yaşamağı arzu edirlər. Amma dağda ev tikmək üçün ora elektrik, içməli su və kanalizasiya sistemi çəkmək lazımdır ki, bu da evin özündən baha başa gələ bilər”- deyə, Gerbut bildirir.

PassivDom-un təsisçisi Maks Gerbut deyir ki, səyyar evi inkişaf etdirməyin ən çətin tərəfi enerji xərclərini azaltmaq idi.

“Biz istiliyin evdən 20-40 dəfə daha az çıxmasına nail olmuşuq. Belə ki, -20 dərəcədə bu evi istilənməsi saatda 800 vat enerji tələb edəcək. Bu isə bir fincan qəhvəni istiləndirmək üçün tələb olunan enerjidən daha azdır”, o söyləyir.

Təsirsiz qazla doldurulmuş qalın pəncərələri sındırmaq demək olar mümkün deyil və onlar evi isti saxlamağa kömək edir. Bu isə evin mühüm xüsusiyyətdir, çünki evin dörd divarından ikisi şüşədən hazırlanıb. Günəş panelləri evi elektriklə təmin edir, gecə vaxtı isə batareyaları doldurur. Lakin evin ən maraqlı hissəsi divarlarıdır. Onlar 3-D çap olunub və karbon lifi ilə şüşə lifdən hazırlanıb.

“Onlar çox davamlıdır. Onları nə kərpic nə də taxta ilə müqayisə etmək olmaz. Bu divarlar onlardan yüz qat daha davamlıdır”, Gerbut deyir.

Anton Getman deyir ki, ağıllı səyyar evin 200 sensoru var. 15-dən çox mikrokompüter su təchizatı, havanın təmizlənməsi və elektrik sisteminə nəzarət ilə məşğul olur. Kompüterlər hava şəraitindən asılı olaraq evin öz-özünə idarə olunmasına imkan verir. Bundan əlavə isə ev özünün və ev sakinlərinin təhlükəsizliyini təmin edir.

Niderlannda 3D ev
Niderlannda 3D ev

“Biz insanların hərəkətlərinə nəzarət edib, təhlil edən infraqırmızı sensorlar inkişaf etdirmişik. Əgər insan yataqda uzanıb, çox uzun müddət ayağa qalxmırsa və ya bədəninin temperaturu çox azalırsa, biz bu dəyişiklikləri görüb, həmin insana təcili yardıma zəng etməyi və ya qohumlarına həmin insanla əlaqə saxlamağı təklif edə bilərik”, o deyir.

Ev həmçinin havanı suya çevirən atmosfer su generatoru və istifadə edilmiş su üçün su təmizləmə sistemi ilə təchiz oluna bilər.

“Ev bir neçə aylıq içməli su və enerji saxlaya bilir. Yəni əgər hətta təbii fəlakət baş versə belə, evin içində təhlükəsiz bir şəkildə qala bilərsiniz”, deyə Gerbut bildirir.

Bu kiçik ev 38 kvadrat metrdir qiyməti isə 64.000-200.000 dollar arasındadır. PassivDom ümid edir ki, avqust ayının sonunda ilk evini bazara çıxaracaq, 2019-cu ilin əvvəlində isə kütləvi istehsala başlayacaq.

XS
SM
MD
LG