İsrail alimləri insan toxumasından istifadə edərək dünyanın ilk 3D-ölçülü ürəyini çap etdiklərini bildirirlər. Bu kiçik ürək gələcəkdə hər bir xəstəxananın 3D orqan printerlərinə çıxışı olsa, donor olmadan belə transplantasiyaya yol aça biləcəyinə ümid verir.
İlk dəfə olaraq 3D ürək hüceyrələr, qan damarları, mədəciklər və kameralara malikdir. Tel-Əviv Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış bu kiçik ürək dovşan ürəyi ölçüsündədir. Lakin professor Tal Dvir bunun elmi bir sıçrayış olduğunu bildirir.
"İlk dəfədir ki, bütün hüceyrələri və qan damarları olan ürək çap olunur. Başqa bir vaciv yenilik isə onun xəstənin öz materialından hazırlanmasıdır," TAU Molekulyar hüceyrə biologiyası və biotexnologiya şöbəsindən Tal Dvir deyir.
Kiçik biopsiyadan alınan hüceyrələr kök hüceyrələrə çevrilib və daha sonra qan damarlarını meydana gətirən urək hüceyrələr və hüceyrələrə ayrılıb.
"Toxumada olan bioloji material, kollagen və digər şəkərlər bio mürəkkəbə çevrilmək üçün prosesdən keçirirlib və onları qarışdırdıqda qan damarları və ürək üçün bio mürəkkəbimiz olur. Daha sonra bütün ürəyi əsas qan damarları ilə çap etmək üçün 3D printerdən istifadə edirik," Tal Dvir deyir.
2,5 santimetr ölçüdə bir ürəyi çap etmək üç saat çəkir. Tibb fakültəsinin tələbəsi Nadav Nurun sözlərinə görə, tam ölçülü, funksional, işlək ürək yaratmaq üçün bir neçə il texnoloji inkişaf lazımdır.
"Qarşıdakı bir neçə il ərzində onun bizə xidmət edəcəyinə əmin deyiləm, amma bunun uşaqlarımız üçün bəlkə də inanılmaz bir fürsət olacağını deyə bilərəm. Xüsusilə də ürək xəstəliyi olanlar üçün," tələbə Nadav Nur deyir.
Tədqiqatçılar ümid edirlər ki, 10 il ərzində hər bir xəstəxana xəstələrə transplantasiya edilə biləcək toxuma və orqanları print edən 3D printerinə sahib olacaq.