Accessibility links

D Əməliyyat Günü - ABŞ və Avropa arasında tarixi müttəfiqlik


D Əməliyyat Günü - ABŞ və Avropa arasında tarixi müttəfiqlik
please wait

No media source currently available

0:00 0:03:16 0:00

ABŞ prezidenti Donald Tramp Britaniyaya dövlət səfərini müttəfiq qüvvələrin İkinci Dünya Müharibəsində Normandiya sahillərində tarixdə ən böyük desant çıxarma əməliyyatının 75 illiyi münasibətilə tədbirlərə qatılmaqla başa çatdırıb.

Tramp Britaniya kraliçası Elizabet və İkinci Dünya Müharibəsində müttəfiq qüvvələri təmsil edən digər dünya ölkələrinin liderləri ilə Portsmut şəhərində desant çıxarma əməliyyatının 75 illiyi münasibətilə tədbirdə iştirak edib.

Müttəfiq qüvvələrin əməliyyatının böyük hissəsi məhz Portsmutda başlayıb.

Tədbirin proqramına əsasən, Tramp ABŞ prezidenti Franklin Ruzveltin D Əməliyyat günü radio vasitəsilə müraciəti zamanı etdiyi duanı oxuyub.

“Və biz bilirik ki, sənin izzətin və bizim işimizin doğruluğu sayəsində bizim oğullarımız zəfər çalacaq. Bəziləri heç vaxt geri dönməyəcək. Onları ağuşuna al və öz qəhrəman oğullarını səltənətinə götür və ulu Tanrı, bizə inam ver. Bizə oğullarımıza, bir-birimizə və birgə haqq yürüşümüzə inam ver.”

Bundan sonra Amerika lideri 1944-cü ildə muttəfiq qüvvələrin ilk dəfə endiyi Normandiya sahillərində D Əməliyyat günü münasibətilə keçirilən tədbirə qatılıb.

Ön sırada Amerikanın 75 il bundan öncə D Əməliyyat günü hücuma keçən və minlərlə döyüş yoldaşını itirən veteranlar dayanıb. Onların çoxu sahildəki məzarlıqda dəfn edilib.

Amerika lideri Fransa prezidenti Emmanuel Makronla İkinci Dünya Müharibəsi veteranlarını salamlayıb.

Fransa prezidenti veteranlara üz tutaraq deyib:

“Biz siz veteranlara azadlığımız üçün borclu olduğumuzu bilirik. Xalqım adından sizə təşəkkürümü bildirirəm”.

Çıxışından sonra Makron Amerikanın üç müharibə veteranını Fransanın Şərəf Legionu ordeni ilə təltif edib.

Emmanuel Makron ölkələr arasında qələbə və azadlığın əsasında duran mütəfiqlik münasibətlərini xüsusi qeyd edib.

“Amerika Birləşmiş Ştatları, əziz prezident Tramp, başqalarının azadlığı uğrunda mübarizə apardığı zaman qüdrətli olur.”

Tramp isə öz növbəsində qardaşları, vətənləri və azadlıq uğrunda canını qurban edənləri təqdir edib.

“Bu gün biz həlak olanları xatırlayır və Normandiyada döyüşən hər kəsə ehtiramımızı ifadə edirik”.

General Duayt Ayzenhaur D Əməliyyat günü müttəfiq qüvvələrin komandiri olub.

Avropa liderləri Amerikanın verdiyi qurbanları təqdir edərək, prezident Trampa translantik əlaqələrin əhəmiyyətini vurğulamağa çalışıblar.

Amerika və Avropa arasında tarixi müttəfiqlik Normandiya sahillərində həyatlarını azadlıq uğrunda qurban vermis minlərlə əsgərin əbədi uyuduğu bu məzarlıqda daha da güclü hiss edilir.

XS
SM
MD
LG