Accessibility links

D18 Hərəkatı tələbələr üçün kampaniyaya başlayıb


D18 Hərəkatı tələbələrə ictimai nəqliyyatda güzəştlərin tətbiq edilməsi ilə bağlı kampaniyaya başlayıb. Hərəkat kampaniya çərçivəsində tələbələr arasında 5 min imza toplayaraq Nazirlər Kabinetinə müraciət edəcək. Bu barədə D18 Hərəkatı məlumat yayıb.

Hərəkatın başqanı Ruslan İzzətli bildirib ki, əksər ölkələrdə tələbələrə bir çox güzəştlər edilir.

Tələbə yataqxanası yoxdur, təhsil haqqı yüksəkdir, tələbə təqaüdü 60-140 manatdır. Bu cür şərtlər altında tələbə necə yaşasın.
Ruslan İzzətli, D18 Hərəkatının başqanı

“Hətta işğalçı sovet hakimiyyəti dönəmində də tələbələrə və bir çox sosial qruplara ictimai nəqliyyatda güzəştlər tətbiq edilirdi. Qonşu ölkələrdə Türkiyə, Rusiya, Avropa ölkələrində tələbələrə ictimai nəqliyyatda, kafe və restoranlarda, muzeylərdə, kitab mağazalarında xüsusi endirimli kartlar verilir. Azərbaycanda fəaliyyət göstərən 54 dövlət və özəl universitetdə 150 mindən çox tələbə təhsil alır. Ancaq təəssüflər olsun ki, dövlətin onlara yönəlik heç bir layihəsi yoxdur. Tələbə yataqxanası yoxdur, təhsil haqqı yüksəkdir, tələbə təqaüdü 60-140 manatdır. Bu cür şərtlər altında tələbə necə yaşasın?” o qeyd edib.

Hərəkat başqanı bildirib ki, 5 mindən çox tələbənin imzası ilə təklif paketimizi Nazirlər Kabinetinə təqdim edəcəyik.

“Tələbələrə güzəştlərin tətbiq edilməsi üçün siyasi və hüquqi addımlar atacağıq” , İzzətli qeyd edib.

D18 (Demokratiya 1918) Hərəkatı 2013-cü il martın 18-də bir qrup gənc tərəfindən yaradılıb. Hərəkatın məqsədi cümhuriyyət dəyərlərini təbliğ etmək, vətəndaşların hüquqlarını qorumaq, azad, demokratik ölkə yaradılmasıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG