Accessibility links

D18 Hərəkatının fəalı aclıq aksiyasına başlayıb


D18 Hərəkatının fəalı, "Korrupsiyaya "yox" de" səhifəsinin həbsdə olan əməkdaşı Cəlil Zabidov 4 gündür aclıq aksiyası keçirir.

Bu barədə Amerikanın Səsinə D18 hərəkatının sədr əvəzi Samira Ağayeva deyib.

Onun sözlərinə görə, Cəlil Zabidovun aclıq aksiyasına başlamasına səbəb kimi məhkəmələr onun barəsində çıxardığı hökmlərin qanunsuz olmasında görür.

Sədr əvəzi deyir ki, hazırda onun vəziyyəti qənaətbəxş deyil.

please wait

No media source currently available

0:00 0:00:43 0:00
Direct link

“Dünən məhkəməsi olanda halı pisləşib. Ötən məhkəmə iclasında özünə xəsarət yetirmişdi. Onun təzyiqi 80-60-a düşüb. O, aclığının 4 -cü günüdür aclığı davam etdirmək niyyətindədir ”- deyə, Samira Ağayeva deyib.

Cəlil Zabidovun ailə üzvləri isə deyib ki, üç gündür həbsdə aclıq edən C.Zabidovun vəziyyəti pisləşdiyinə görə məhkəmə təxirə salınıb.

Belə ki, Cəlil Zabidova oktyabrın 12-də Yardımlı rayon Məhkəməsində ikinci dəfə hökm oxunacaqdı.

"Bakıdan Yardımlıya məhkəməyə görə gətirəndə müvəqqəti polis şöbəsində saxlayırlar. Şöbədə vəziyyəti pisləşib, xəstəxanaya aparıblar. Məlum olub ki, təzyiq 80-60-a düşüb. Başqa problemlər də yaranıb. Orada tibbi yardım göstərəndən sonra gördülər ki, məhkəməyə aparmaq mümkün deyil. Bir neçə polis ayaqlarında, bir neçəsi də qollarından tutub şöbəyə qaytardılar", ailə üzvləri bildirib.

Penitensiar Xidmət isə Bakı İstintaq Təcridxanasında saxlanılan C.Zabidovun aclığı barədə məlumatı təkzib edib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, bu təcridxanada saxlanılan şəxslər arasında ümumiyyətlə, aclıq edən yoxdur.

D18 Hərəkatının fəalı Cəlil Zabidov Yardımlı rayon Məhkəməsinin (Bakıdan 286 kilometr cənub) hökmü ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsində (xulianlıq) nəzərdə tutulan əməlin törətməsində təqsirli bilinərək 5 ay müddətinə azadlıqdan məhrum olunub.

Yardımlı rayon Məhkəməsində ona hökm oxunacaq iş isə xüsusi ittiham qaydasında qaldırılıb. "Azərişıq"ın keçmiş əməkdaşı Əkbər Şadiyev iddia edir ki, C.Zabidov hazırladığı materialda ona böhtan atıb, şərəf və ləyaqətini ləkələyib. Ona görə də CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edir.

D18 Hərəkatı Zahidovun hədsinin siyasi xarakter daşıdığını bildirib.

“Cəlil Zabidov Yardımlı rayonunda blogerlik fəaliyyəti ilə məşğul olub, "Korrupsiyaya yox de" səhifəsində çalışıb, yerli icra hakimiyyətinin nümayəndələrinin korrupsiya hallarını işıqlandırmışdır. İlham Əliyevdən bütün siyasi məhbusları qeyd-şərtsiz olaraq azad etməsini tələb etməkdə davam edirik! Siyasi məhbusları azad edin!” D18 Hərəkatının rəhbəri Ruslan İzzətli Facebook səhifəsində yazıb.

Bununla yanaşı, Facebook və Yotube şəbəkələrində yayımlanan "Korrupsiyaya yox de" platformasının rəhbərliyi bildirib ki, bu səhifəsinin əməkdaşı, Yardımlı rayonu Dəlləkli kənd orta məktəbinin müəllimi Zabidov Cəlilə qarşı Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və müavinləri Azər Xamıyev və Mahir Mirzəyev tərəfindən yalançı şikayətlə cinayət işi başladılıb.

"Eyni zamanda rayondakı məmur özbaşınalığı və korrupsiya oyunlarına etiraz edən və adıçəkilən başçı və müavinlərindən şikayətçi olan Qarabağ qazisi Səmənov Mirxan Əvəz oğluna qarşı da saxta şikayət təşkil olunub. Səbəb isə Cəlil müəlimin son parlament seçkilərində aktiv müşahidəçi fəaliyyəti və vaxtaşırı rayonda baş verən özbaşınalıqları çəkib kanalımız vasitəsilə işıqlandırmasıdır," platformanın rəhbərliyi bildirir.

Bununla yanaşı, rəsmi qurumlar hələ fəalın həbsi ilə bağlı məlumat yaymayıb.

Şərhlərə bax

XS
SM
MD
LG