Accessibility links

D18 Hərəkatının fəalı həbs edilib, sədri isə hərbi xidmətə aparılır


Cəlil Zabidov
Cəlil Zabidov

D18 Hərəkatının fəalı Cəlil Zabidov Yardımlı rayon Məhkəməsinin (Bakıdan 286 kilometr cənub) hökmü ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsində (xulianlıq) nəzərdə tutulan əməlin törətməsində təqsirli bilinərək 5 ay müddətinə azadlıqdan məhrum olunub.

Bu barədə. D18 Hərəkatı məlumt yayıb.

İttiham sübuta yetirilərsə fəalı 7 ilədək həbs gözləyir.

D18 Hərəkatı Zahidovun hədsinin siyasi xarakter daşıdığını bildirib.

“Cəlil Zabidov Yardımlı rayonunda blogerlik fəaliyyəti ilə məşğul olub, "Korrupsiyaya yox de" səhifəsində çalışıb, yerli icra hakimiyyətinin nümayəndələrinin korrupsiya hallarını işıqlandırmışdır. İlham Əliyevdən bütün siyasi məhbusları qeyd-şərtsiz olaraq azad etməsini tələb etməkdə davam edirik! Siyasi məhbusları azad edin!” D18 Hərəkatının rəhbəri Ruslan İzzətli facebook səhifəsində yazıb.

Bununla yanaşı, facebook və yotube şəbəkələrində yayımlanan "Korrupsiyaya yox de" platformasının rəhbərliyi bildirib ki, bu səhifəsinin əməkdaçı əməkdaşı, Yardımlı rayonu Dəlləkli kənd orta məktəbinin müəllimi Zabidov Cəlilə qarşı Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və müavinləri Azər Xamıyev və Mahir Mirzəyev tərəfindən yalançı şikayətlə cinayət işi başladılıb.

"Eyni zamanda rayondakı məmur özbaşınalığı və korrupsiya oyunlarına etiraz edən və adıçəkilən başçı və müavinlərindən şikayətçi olan Qarabağ qazisi Səmənov Mirxan Əvəz oğluna qarşı da saxta şikayət təşkil olunub. Səbəb isə Cəlil müəlimin son parlament seçkilərində aktiv müşahidəçi fəaliyyəti və vaxtaşırı rayonda baş verən özbaşınalıqları çəkib kanalımız vasitəsilə işıqlandırmasıdır," platformanın rəhbərliyi bildirir.

Bununla yanaşı, rəsmi qurumlar hələ fəalın həbsi ilə bağlı məlumat yaymayıb.

Bu arada D18 Hərəkatın sədri Ruslan İzzətli mayın 25-də hərbi xidmətə aparılacağını bildirib.

Ruslan İzzətli
Ruslan İzzətli

Bu barədə ona mayın 22-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsindən məlumat veriblər.

İzzətli hərbi xidmətə aparılmasını siyasi sifariş hesab edir.

"Mayın 4-də məni Ağdam hərbi komissarlığına çağırdılar ki, orada müayinədən keçim. Mayın 6-da isə Ağdam Mərkəzi Klinikasından tibbi müayinə barədə yekun akt aldım. Aktında hərbi biletimdə yazılmış diaqnoz, yəni böyrəyim xəstə olması öz təsdiqini tapdı. Mayın 8-də isə mən gördüm ki, işimin içində yazılan yekun akt dəyişdirilib və yazılıb ki, mən sağlam adamam, sadəcə hərdən ürək bulantılarım olub. Bakıda özəl klinikaların birində müayinədən keçəndə bilindi ki, 5 mm səviyyəsində bel yırtığım var və bu bel yırtığı sinir sistemini sıxır. Bu mənə nə bir yerdə şox oturmaq, nə də çox gəzmək imkanı vermir. Həkimlər mənə təcili fizioterapiyadan keçmək lazım olduğunu bildirdilər və hərbi xidmətə aparılmasını mümkünsüz dedilər."

İzzətli vurğulayıb ki, vəkili bununla bağlı sənədlərini aidiyyatlı orqanlara göndərdiyinə baxmayaraq onu hərbi xidmətə aparılması ilə bağlı qərar verilib.

"Normalda mənim növbəti tibbi müayinədən keçməyim 2023-cü ildə olmalı idi. Çünki mən 8 ay əvvəl müayinədən keçmişəm, hərbi komissar da biletimə möhür vurub. Mən 31 yaşıma qədər hərbi xidmətə getməmişəm. Dövlət Təhlükəsizliyi Xidməti rayonlarda icra başçılarını tutur, korrupsiyaya qarşı mübarizə aparır. İndi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini də yoxlasın baxsın Arzu Rəhimov başda olmaqla, Xidmətin Ağdam Rayon Şöbəsinin rəhbəri Elxan Feyziyev necə oldu ki, 3 ildən bir hərbi biletimə möhür vurub. Deməli pul alıb və rüşvətə bulaşıb. Sağlam olub getməmişəmsə deməli burada korrupsiya var. Yox, səhhətimdə problem varsa və bunu istənilən xəstəxanada yoxlamaq olur, onda məni hərbi xidmətə qanunsuz olaraq aparırlar. İstənilən halda qanun mənim tərəfimdədir. Görünür hakimiyyətin mənə kini və nifrəti o qədər yüksəkdir ki, bu diaqnozla məni xidmətə aparır. Mən hərbi xidmətdən yayınmıram, bu Vətən üçün canım fəda. Amma insanlar bildi ki, mənim hərbi xidmətə aparılması siyasi qərardır və cəza müxanizmidir. Sanki bir illik siyasi məhbusam," o qeyd edib.

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hələ münasibət bildirməyib.

XS
SM
MD
LG