Oktyabrın 8-də Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan xarici işlər naziri ilə görüşəcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 8-də Cenevrəyə işgüzar səfərlə yola düşəcək.
"Səfərin məqsədi ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmək və münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırmaqdır," məlumatda deyilir.
Fransanın xarici işlər naziri Jean-Yves Le Drian Reuters agentliyinə deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri oktyabrın 8-də Cenevrədə, oktyabrın 12-də isə Moskvada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparacaq.
O, ümid etdiyini bildirib ki, görüş danışıqların bərpasına yardımçı olacaq.