Accessibility links

Dağlıq Qarabağ razılaşmasından sonra qəzəbli kütlə Azadlıq Radiosunun Ermənistan bürosuna hücum edib


Ermənistanın Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla Dağlıq Qarabağda döyüşlərin dayandırılması haqda müqavilə imzalamasının səbəb olduğu iğtişaşlar fonunda təxminən 40 nəfər Azadlıq Radiosunun (Azatutyun) Yerevan bürosuna hücum edib.

İnsanlar noyabrın 10-da səhər tezdən Azadlıq Radiosunun bürosuna girməyə cəhd göstərərək, onların fikrincə, Dağlıq Qarabağda təslim olduqlarını qəbul etdikləri üçün hökumətə qarşı qəzəb ifadə etməklə yanaşı, Erməni Xidmətini “xainlər” və “türklər” adlandırıblar.

"Dağlıq Qarabağdakı dostlarımın ölümlərinə görə siz cavabdehsiniz", qrupdakı insanlardan biri deyib.

Digərləri jurnalistləri efirə çıxmamağa məcbur etmək üçün Azatutyunun kompüter serverlərini məhv etmək istədiklərini bildirib.

Ermənistan Jurnalistlər Birliyi hücumları və mediaya qarşı təhdidləri kəskin şəkildə qınayıb.

Azadlıq Radiosunun Erməni Xidmətinin icraçı prodüseri Artak Hambardzumyan hücum edən şəxslərdən birini tanıdığını və həmin şəxsin Baş nazir Nikol Paşinyanın istefasını tələb edən ondan çox partiyadan biri olan Ermənistan İnqilab Federasiyasının (Daşnaktsutyun) üzvü Gerasim Vardanyan olduğunu qeyd edib.

Hambardzumyan həmin şəxslərin büronun qapısını sındıraraq, ona və bir operatora hücum etməyə çalışdıqlarını bildirib.

Yerevanda xaos zamanı etirazçılar səhərin erkən saatlarında hökumət binalarına və parlamentə hücum ediblər.

XS
SM
MD
LG