Accessibility links

Əhəd Abıyev: Daşkəsəndə leysan ciddi ziyan vurub [Audio müsahibə] [Fotoqalereya]


Daşkəsəndə leysan
Daşkəsəndə leysan

İyunun 24-də axşam saatlarından başlayan leysan yağışları nəticəsində Daşkəsən rayonun kəndlərinin yol, elektrik, qaz və rabitə təsərrüfatına, evlərə və şəxsi təsərrüfatlara, ərazidəki sosial obyektlərə ziyan vurulub.

Daşkəsən Rayon İcra Hakimiyyətindən Amerikanın Səsinə verilən məlumata görə təbii fəlakət nəticəsində Təzəkənd, Pirverdilər, Rəsullu, Xoşbulaq, Qazaxyolçular, Qaraqullar kəndləri ərazisindəki körpülərə, yollara və obyektlərə daha çox ziyan dəyib.

Daşkəsən rayon icra hakimiyyəti başçısı Əhəd Abıyevin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:04:29 0:00

Çay kənarında yerləşən bir neçə fərdi ev yararsız hala düşüb, bir çox evləri isə su basıb. Qaraqullar kəndi ərazisində avtomobil yolunun xeyli hissəsi sıradan çıxıb, bir neçə avtomobili sel aparıb.

Təbii fəlakətin fəsadlarının müəyyənləşdirilməsi üçün Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tərəfindən operativ qərargah yaradılıb,

Kəndlərdə xəsarət alan şəxslərlə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib və evə buraxılıb.

Abıyevin sözlərinə görə güclü tufan və yağış 2 saata yaxın davam edib. Köhnə körpülər dağılıb, qaya uçqunları nəticəsində yollara böyük həcmli qayalar yollara tökülüb.

Bir sıra yaşayış məntəqələrinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Sel suları xeyli elektrik və rabitə dayaqlarını, 5 ədəd elektrik transformatorunu sıradan çıxarıb, nəqliyyatın hərəkəti tam dayanıb.

Təbii fəlakətin fəsadlarının müəyyənləşdirilməsi üçün Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tərəfindən qərargah yaradılıb,

Kəndlərdə xəsarət alan şəxslərlə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib və evə buraxılıb.

Hazırda təbii fəalətin nəticələrinin aradan qaldırılması üçün müvafiq nazirliklərin və rayon icra hakimiyyətinin əməkdaşları birgə tədbirlər həyata keçirirlər.

Öz növbəsində ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, Daşkəsəndə leysan yağışları nəticəsində "Qaraqullar kəndində elektrik enerjisinin bərpası üçün də işlər aparılır.

XS
SM
MD
LG