Accessibility links

Daşqın Ağalarlı zaminə buraxılıb


Daşqın Ağalarlı

O, Amerikanın Səsinə müsahibəsində ekstradisiya prosesinin davam etdiyini deyib

Polşada, Qdansk aeroportunda yanvarın 6-da saxlanılan Norveçdə sığınacaq almış Azərbaycan vətəndaşı Daşqın Ağalarlı bu gün, yanvarın 8-də zaminə buraxılıb.

Bu barədə Daşqın Ağalarlının özü Amerikanın Səsinə müsahibəsində bildirib.

Daşqın Ağalarlı: Ekstradisiya prosesi dam edir
please wait

No media source currently available

0:00 0:03:35 0:00

O bildirib ki, bir Polşa vətəndaşı tərəfindən zaminə götürülüb. Çünki fərd ünvanını təsdiq etməlidir.

“Hazırda azadlıqdayam. Amma ekstradisiya prosesi davam edir. Hər iki həftədən bir polisə gedib imza atmalıyam. Mənə qarşı əvvəllər olan ittiham əsasında yenidən daha absurd ittiham irəli sürüblər. Mən ittihamın yalan olduğunu təsdiq etməliyəm. Artıq səndələri toplamışam,” o qeyd edib.

Bununla yanaşı, Daşqın Ağalarlı ekstradisiya işinin iki ayadək davam edəcəyini güman edir.

O, ekstradisiya bitənədək Qdansk şəhərini tərk edə bilməz.

Daşqın Ağalarlı yeni ittihamdan danışarkən deyib ki, ona qarşı əvvəl guya 2010-cu ilin fevralından 2011-ci ilin iyununa qədər 4500 manat vergidən yayınma ittihamı irləli sürmüşdülər.

“Bu ittihamı ifşa edən o idi ki, mən 2010-cu ilin sentyabrından sonra Azərbaycanda olmamışam. Vergi inspeksiyasının regional bölməsinin özünün məlumatına görə, mən adı çəkilən şirkətdə cəmi 15 gün icraçı direktor işləmişəm və həmin müddətdə də şirkətin fəaliyyəti olmayıb. Amma indi yenidən mənə qarşı elə bir dönəmə görə ittiham irəli sürüblər ki, ümüumiyyətlə o dönəmdə mən Azərbaycanda elə bir şirkətin olduğunu bilməmişəm. İndi mənə 2010-cu ilin fevralından iyuluna qədər olan dövrə görə ittiham veriblər.”

Daşqın Ağalarlı yeni ittihamın nə ilə bağlı olduğunu izah edə bilməyib.

“Səbəb nədir bilmirəm. Bunlar bu məsələni niyə belə yenidən qaldırıblar bilmirəm.”

Fəal sısiyasi sığınacaq aldığı Norveç hökuməti tərəfindən müdafiə edildiyini bildirib.

“Norveç hökuməti operativ reaksiya bildirdi. Norveçdə artıq müvafiq sənədlər toplanıb və bu gün bu ölkənin Polşadakı səfirliyinə çatdırılıb. Sənədlərdən öncə də səfirlik mənim bu ölkədən sığınacaq aldığımı və Norveçin müdafiəsi altında olduğumu prokurorluğa bildirmişdi.”

O, təhlükəsizliyi ilə bağlı hələ fərdi qaydada tədbirlər düşünüldüyünü deyib.

“Amma Norveç hökuməti yaxın günlərdə mənim yaşayış yerimlə bağlı tədbir görüləcəyi barədə bilgi göndərib,” Daşqın Ağalarlı müsahibəsində qeyd edib.

Varşava Helsinki Komitəsi fəalın hüquqlarının müdafiəsi məqsədi ilə hüquq müdafiə təşkilatları adından vəkil tutub. Hazırda vəkili Tomasz Snarski Daşqın Ağalarlının hüquqlarınəı müdafiə edir.

Norveçdən sığınacaq almış Daşqın Ağalarlı yanvarın 6-da Qdansk aeroportunda Azərbaycanın müraciəti ilə Interpol xəttilə saxlanıb.

Azərbaycan və Polşa rəsmiləri Daşqın Ağalarlının saxlanılması ilə bağlı hələ rəsmi məlumat yaymayıb.

Müxalif fəal Dağqın Ağalarlı bundan öncə 2014-cü il martın 3-də Türkiyədən Gürcüstana keçərkən Batumidə İnterpol xətti ilə saxlanılıb. Gürcü tərəfi onu əvvəlcə Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil vermək istəyib.

Azərbaycanın hüquq-mühafizə qurumları müxalifətçinin 4500 avro vergi borcunun olmasını əsas göstərərək, onu İnterpol xəttilə axtarışa verib. Daşqın Ağalarlı 6 ay Tbilisi təcridxanasında saxlanılıb. Ancaq Tbilisi şəhər Məhkəməsi Azərbaycan tərəfinin rəsmi ittihamlarını təsdiqləmədiyindən o, azadlığa buraxılıb.

Daşqın Ağalarlı Azərbaycanda milli azadlıq hərəkatının fəallarından biri kimi tanınıb. O, 1992-ci ildə Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Yanacaq Komitəsi sədrinin birinci müavini təyin olunub. 1993-cü ildə Əbülfəz Elçibəy hakimiyyəti devriləndən sonra vəzifədən gedib, qısa müddətə saxlanılıb, sonra sərbəst buraxılıb. Sonrakı illərdə müxalifətdə olan Müsavat Partiyasının üzvü kimi fəaliyyət göstərib.

Britaniyada yerləşən Foreign Policy Center - Xarici Siyasət Mərkəzi adlı müstəqil beyin mərkəzinin 2016-cı ildə açıqlanmış hesabatında Daşqın Ağalarlının başına gələnlərə yer verilib. Təşkilatın hesabatında müxalifətçinin siyasi baxışları ilə əlaqədar olaraq təqib edildiyi bildirilib.

2017-ci ilin mayın 21-də Tbilisi Apellyasiya Məhkəməsi azərbaycanlı siyasi fəal Daşqın Ağalarlının Gürcüstanda oturum hüququnu ləğv edib. Məhkəmənin qərarına əsasən, o, bir ay müddətində Gürcüstanı tərk edib.

XS
SM
MD
LG