Accessibility links

2019-da Şimali Koreya məsələsində hansı irəliləyişlər gözlənilir


2019-da Şimali Koreya məsələsində hansı irəliləyişlər gözlənilir
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Qəzəbli çıxışlardan tutmuş Koreya yarımadasında yeni sülh dövrünə kimi 2018-ci il bir zamanlar dünyaya qapalı olan Şimali Koreya lideri Kim Conq Un üçün mühüm il oldu. O, bir neçə dəfə Cənubi Koreya prezidenti Mun Cae-inlə görüşdü və ABŞ prezidenti Donald Trampla Sinqapurda sammit keçirdi.

Onlar alov, qəzəb və açığın desəm, dünyanın daha öncə şahid olmadığı güclə qarşılaşacaqlar.
Donald Tramp

2017-ci ilin sonuna doğru ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatları hədələdiyinə görə, Şimali Koreya və lideri Kim Conq Una qarşı sərt mövqe sərgiləyirdi.

“Onlar alov, qəzəb və açığın desəm, dünyanın daha öncə şahid olmadığı güclə qarşılaşacaqlar. Təşəkkür edirəm” – deyə, Tramp bildirmişdi.

Şimali Koreya Pxenyanın Birləşmiş Ştatlara çata biləcəyini iddia etdiyi Hwaseong-15 raketini müvəffəqiyyətlə sınaqdan keçirəndən sonra Kim dünya ilə münasibət qurmaq siyasətinə doğru yönəldi.

O zamandan bəri artıq bir ildən uzun müddətdir ki, onlar nə qitələrarası balistik raket nə də nüvə sınağı həyata keçirib.

Bundan əlavə Kimin bacısı Kim Yo Conq ABŞ vitse-prezidenti Mayk Penslə birgə 2018-ci ildə Cənubi Koreyada keçirilən Pxenyan Olimpiya Oyunlarında iştirak etdi.

Apreldə Cənubi Koreya prezidenti Mun Cae-inin Kim Conq Unla keçirdiyi üç sammitindən ilki baş tutdu və onlar nüvəsizləşdirmə, hərbi gərginliklərin azaldılması və Koreyalar arası münasibətlərin yaxşılaşıdırılması yolunda addım atmağa razılaşdı.

Kim Conq Un və Donald Tramp
Kim Conq Un və Donald Tramp

Onların sentyabr ayında keçirilən üçüncü sammitində isə iki ölkə arasında iqtisadi mənfəətləri artırmaq və qarşıdurma yaşamaq şanslarını azaltmağa dair konkret planlar irəli sürüldü.

İyun ayında Sinqapurda Tramp və Kim arasında tarixi sammit keçirildi. Bu, Şimali Koreya lideri ilə vəzifəsini icra edən ABŞ prezidenti arasında baş tutan ilk görüş oldu.

Asan İnstitutundan Sanq Hun Çan sammitlərin əhəmiyyətli olmadığını söyləyir və bu sammitlər zamanı hər hansı konkret nəticələrin əldə olunmadığını deyir.

Fikrimcə hər kəs üçün ən yaxşı ssenari Kim Coq Unun fikrini dəyişib, nüvəsizləşdirməyə daha ciddi yanaşması olar.
Yonquk Ru

Sentyabrda Koreyalar arasında keçirilən üçüncü sammitdən bəri Şimali Koreyanın nüvəsizləşdirmə danışıqları dayandırılıb və onların gələcəyi də hələ ki, qeyri-müəyyəndir.

Şimali Koreya Araşdırmaları İnstitutundan Yonquk Ru bir neçə mümkün ssenarinin ola biləcəyini deyir.

“Fikrimcə hər kəs üçün ən yaxşı ssenari Kim Coq Unun fikrini dəyişib, nüvəsizləşdirməyə daha ciddi yanaşması olar”, o deyir.

Təhlilçilər bildirir ki, Şimali Koreyanın nüvəsizləşdirmə yolu uzundur və əgər heç bir irəliləyiş olmasa, yarımadadakı gərginlik əvvəlki səviyyəyədək arta bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG