Accessibility links

2019-cu il fəza tədqiqatı sahəsində nə ilə yadda qaldı?


2019-cu il fəza tədqiqatı sahəsində nə ilə yadda qaldı?
please wait

No media source currently available

0:00 0:03:31 0:00

2019-cu ilin fəza araşdırması baxımından hadisələrlə dolu bir il oldu.

2019-cu ildə NASA-nın (New Horizons) Yeni Üfüqlər adlı kosmik gəmisi Ultima Thule adı ilə tanınan Transneptun obyektinin şəklini 28 min kilometr yaxınlıqdan çəkdi. Ultima Thule-nin kosmik gəminin rast gəldiyi ən primitiv obyekt olduğu güman edilir.

Bu il həmçinin bütün dünyada insanlar Tam Ay Tutulmasına şahid oldu ki, bu çox rast gəlinən bir hadisə deyil.

“Mən daha öncə buna bənzər heç nə görməmişəm. Bir gecədə bununla bağlı hər şeyi öyrənib, onun effektini görmək çox maraqlı və gözəldir”,Suzana bildirir.

Dargon kapsulu
Dargon kapsulu

Mart ayında SpaceX şirkəti gələcəkdə həyata keçirməyi nəzərdə tutduğu pilotlu uçuşları üçün məlumat toplamaq məqsədilə fəzaya ilk pilotsuz Dragon 2 kosmik gəmisini göndərdi. Kosmik gəmi robot qolunun yardımı olmadan beynəlxalq kosmik stansiyaya birləşdi. Beynəlxalq Kosmik Stansiyanın ekipaj üzvləri kapsuldan hava nümunələri ilə birlikdə kapsulun yeganə sərnişini olan Smarty adlı sınaq kuklasını götürdü.

Fevral ayında isə SpaceX Beresheet adlı kosmik aparatı daşıyan raketi fəzaya göndərdi. Bu missiyada SpaceX israilli qeyri-hökümət təşkilatı ilə əməkdaşlıq edirdi, lakin aprel ayında Beresheet mühərrik nasazlığı nəticəsində Ayın səthinə çırpıldı.

ABŞ-ın Müdafiə Nazirliyi iyun ayında gələcəkdə milli təhlükəsizlik missiyaları üçün istifadə etmək məqsədilə fəzaya SpaceX-in Falcon Heavy raketini göndərdi. Bu, ilk dəfə idi ki, təkrar istifadəyə verilən raket hərbi uçuş məqsədilə istifadə olunurdu. Raketin iki kənar sürətləndiriciləri dəqiq eniş etsə də, əsas sürətləndiricisi müvəffəq olmadı.

İyul ayında Ayın Günəşin tamamilə önünə keçməsi səbəbilə baş verən tam ay tutulması nəticəsində Çili qaranlığa qərq olundu. Bu hadisə Yer kürsədinə təxminən hər 18 ayda bir baş verir.

Çilidə Ayın tutulması
Çilidə Ayın tutulması

Sentyabr ayında Dorian qasırğası Baham adalarını dağıtdı. Beynəlxalq Kosmik Stansiyadan çəkilən görüntülərə əsasən Dorian indiyədək qeydə alınan ən güclü qasırğadır.

Kristina Kok və Cessika Meyer tarix yazdı. Onlar may ayında elektik şəbəkəsindəki nasasızlığı təmir etmək üçün Beynəlxalq Kosmik Stansiyanı tərk edərək açıq kosmosa çıxan qadınlardan ibarət ilk komandanı təşkil etdilər. Bu, Meyerin açıq kosmosa ilk çıxışı idi. O, bunu edən 15-ci qadın, ümmulikdə isə 228-ci nəfər oldu. Bu iki qadın yenidən gələcəkdə tarix yazmaq istəyirlər.

“Aya basan ilk qadın olmaq fikri belə çox möhtəşəmdir. Təbii ki, bu həyatımın arzusunun gerçəkləməsi olar, amma hələlik, ən azından bəlkə də Aya ilk ayaq basacaq qadını tanıyacağımı bilmək ehtimalı belə mənim üçün kifayətdir”, Astonavt Kristina Kok bildirir.

Noyabr ayında Çində Süd Yolu Qalaktikasını araşdıran astonavtlar böyük qara dəlik aşkar etdilər. Bu qara dəlik o qədər böyükdür ki, alimlərin sözlərinə görə, o heç mövcud olmamalıdır. LB-1 Yer kürəsindən 15 min işıq ili uzaqdadır və Günəşdən 70 dəfə ağırdır.

NASA-nın çəkdiyi bu videoda Merkurinin Günəşin önündən keçdiyi anı əks olunub. Bu tranzit adlanır. Tranzit bir əsrdə yalnız 13 dəfə baş verir və çox güman ki, bir də 2032-ci ildən baş verəcək.

Ultima Thule
Ultima Thule

NASA həmçinin bu il Beynəlxalq Fəza Stansiyasına peçenye bişirən soba da göndərdi.

Hindistanın fəza agentliyi iyul ayında Aya raket göndərdi, lakin senytabrda rakretlə əlaqə kəsildi.

“Mən raketlə əlaqənin kəsildiyi anı izlədim. Mən sizin üzünüzdəki məyusluğu gördüm. Siz çox böyük uğur əldə etmisiniz. Ölkəmiz sizinlə qürur duyur və bu çətin işdən çox şey öyrənib”, Hindistanın baş naziri Narendra Modi deyib.

Dekabr ayında isə NASA hindistanlı IT mühəndisinin yardımı ilə raketin qəzalı eniş etdiyini təsdiqlədi.

Son olaraq Space X bayram ərəfəsində Beynəlxalq Kosmik Stansiyaya genetikası dəyişdirilmiş siçanlar çatdırdı. Bu siçanlar bizim necə yaşlandığımıza və bədənlərimizin necə parçalara bölündüyünə dair araşdırmalara yardım edəcək.

XS
SM
MD
LG