Accessibility links

Daha çox insan mobil tətbiqetmələr vasitəsilə iş tapır


Daha çox insan mobil tətbiqetmələr vasitəsilə iş tapır
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Bir çox insan ofis işində işləsə də, ofisdə işləmək hər kəsin işi deyil. Bu aralar ABŞ-da getdikcə daha çox insan evlərindən çalışa biləcəkləri, eyni anda bir neçə yerdə işləyəcəkləri və sərbəst saatları olan işlərə üz tutur. Bu cür insanlar onları ofis işindən uzaq tutacaq işlər tapmaq üçün smartfon tətbiqetmələrindən istifadə edir.

İtləri gəzintiyə çıxarmaq Uilyam Neherin 12 işindən birindir.

Hazırda mən telefonumdakı tətbiqetmələr vasitəsilə pul qazanıram. Telefonun demək olar isveçrə bıçağına çevrilib. Mən onlarla müxtəlif tətbiqetmədə qeydiyyatdan keçmişəm. Skuter toplayaraq və ya it gəzdirərərək pul qazanıram.
Uilyam Neher

Vaşiqnton əsilli Uilyam deyir ki, o, ofis işindən bir neçə il bundan öncə çıxıb. İndi o, ona sərbəstlik verən “gig” işləri tapmaq üçün smartfon tətbiqetməsindən istifadə edir.

“Hazırda mən telefonumdakı tətbiqetmələr vasitəsilə pul qazanıram. Telefonun demək olar isveçrə bıçağına çevrilib. Mən onlarla müxtəlif tətbiqetmədə qeydiyyatdan keçmişəm. Skuter toplayaraq və ya it gəzdirərərək pul qazanıram”, o deyir.

Uilyam iqtisadçıların “gig” adlandırdıqları inkişaf etməkdə olan iqtisadiyyatda iştirak edir.

ABŞ-ın dövlət statitikasına əsasən, 2016-cı ildə iki milyon gig işçi olub.

Uilyam deyir ki, tətbiqetmələr onu işini görmək üçün lazım olan hər şeylə təmin edir. Məsələn it gəzdirmək tətbiqetməsi sahiblərə itlərini izləməyə imkan yaradır.

“‘Gəzintiyə başla’ düyməsini basaraq, GPS məlumatların itin sahibinə göndərilir”, Uilyam deyir.

Belə bir gündə o, it gəzdirərək 100 dollar qazanır.

İndi isə o, skuterlərin batareyalarını doldurmağa gedir.

“Mənim işim skuteri tapıb, aparıb onun batareyasını doldurub, daha sonra müəyyən saatdan öncə müəyyən bir yerə aparmaqdır. Həm də onları işlədib, hər hansı problemlərinin olub-olmadığını yoxlamalısan, çünki bu da səsnin işinin bir hissəsidir”- deyə, Uilyam bildirib.

Skuter
Skuter

Uilyam Toyota Prius-una 30 ədəd skuter yerləşdirə bilir. O, gecələri təxminən 20, gündüzləri isə 13 skuter toplayır. Bununla o, bir günə 200 dollar qazanır.

Uilyam üçün bu, hər hansı ofis işindən daha yaxşıdır.

“Mən bunu xoşbəxtlik axtarışı adlandırıram. Mən bir neçə iş yerində çalışmışam. İllər boyu satış sahəsində çalışmışam. İndi isə artıq tətbiqetmələrdən istifadə edirəm. Əminəm ki, daha da yaxşı imkanlar var. Texniki olaraq mənim üç müxtəlif ştatda 12 işim var, amma istədiyim zaman istədiyim böyük şəhərə gedib, orada işləyə bilərəm”, Uilyam söyləyir.

Uilyamın ənənəvi işindən ayrılmasından üç il keçib. O, heç peşman deyil və bu yollarla pul qazanmağa davam etməyi planlaşdırır

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG