Accessibility links

Daha üç jurnalistin xaricə çıxışına qadağa götürülüb


Aytən Fərhadova, Aytac Əhmədova və Tural Əsədli

Mayın 7-də Baş Prokurorluq "Meydan" TV ilə əməkdaşlıq edən daha üç jurnalistin - Aytən Fərhadova, Aytac Əhmədova və Tural Əsədlinin xaricə çıxışına məhdudiyyəti götürüb.

Bu barədə jurnalistlərə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov bildirib və müvafiq bildirişi onlara təqdim edib.

İdarədə bildiriblər ki, "Meydan" TV ilə əməkdaşlıq edən bütün jurnalistlərin üzərindən məhdudiyyət mayın 11-dək götürüləcək. Bundan öncə jurnalistlər İzolda Ağayeva, Səlimə Cəlilova, Natiq Cavadlı və yazıçı Rasim Qaracanın üzərindən qadağa götürülüb. Buna qədərsə jurnalist Aynur Qənbərovanın (Elgünəş) səfərinə qadağa götürülmüşdü.

2015-ci ildə "Meydan" TV-yə (Berlində yerləşir) qarşı cinayət işi qaldırılıb. Bununla əlaqədar həmin İnternet kanalı ilə əməkdaşlıq edən 10-dan çox jurnalist dindirilib. Onların ölkədən çıxışına qadağa qoyulub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG