Accessibility links

Daha 2 nəfər koronavirusa yoluxub


Azərbaycanda 2 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabildir.

Bu barədə Azərbaycan Nazirlər Kabinetinin yanında Operativ Qərargah məlumat yayıb.

Bununla da martın 15-də 6 nəfərin koronovirusa yoluxma halı aşkar edilib. Hazırda Azərbaycanda 18 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

“Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq,” Nazirlər Kabineti yanında Operartiv Qərargah bildirir.

XS
SM
MD
LG