Accessibility links

Daha 250 nəfər Dağıstandan Azərbaycana buraxılıb


İyunun 30-da Rusiyadan Azərbaycan sərhədinə daha 250 nəfər keçib. Bu barədə Turan informasiya Agentliyi məlumat verib.

Belə ki, məlumatda deyilir ki, Rusiya prezidenti Vladimir Putinlə Dağıstan rəhbəri Vladimir Vasilyev arasında keçriilən videokonfrans zamanı Dağıstan-Azərbaycan sərhədindəki səhra düşərgəsinin daha bir ay saxlanılacağı bildirilib.

Azərbaycan prezidentinin müşaviri Hikmət Hacıyev Dağıstandan Azərbaycana vəətndaşların böyük bir qrupunun keçdiyini təsdiqləyib.

Dağıstan hakimiyyəti düşərgədə daha 250 nəfərin qaldığını bildirib.

Koronavirus səbəbindən Azərbaycan sərhədləri avqustun 1-dək bağlı olacaq. Rusiyanın Azərbaycanla sərhədində mart ayından başlayaraq bir neçə yüz Azərbaycan vətəndaşı ölkəsinə gəlmək üçün gözləyirdi.

Problem iki ölkə prezidenti və xarici işlər nazirləri səviyyəsində müzakirə ediməsinə baxmayaraq, vətəndaşların ölkəyə buraxılması sonadək başa çatdırılmayıb. Bu zaman sərhəddəki insanlar iyunun 15-də etiraz aksiyası keçirib. Rusiya polisi ilə qarşıdurma zamanı çoxsaylı Azərbaycan vətəndaşı və bir neçə polis xəsarət alıb. Rusiyada qaldırılan cinayət işi üzrə 10 nəfər Azərbaycan vətəndaşı şübhəli şəxs qismində saxlanılıb.

İnsidentdən sonra vətəndaşların ölkəyə buraxılması intensivləşdirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG