Accessibility links

Daha 3 nəfər koronavirusa yoluxub


Bu barədə Azərbaycan Nazirlər Kabinetinin yanında Operativ Qərargah məlumat yayıb

Azərbaycanda 3 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir.

Bu barədə Azərbaycan Nazirlər Kabinetinin yanında Operativ Qərargah məlumat yayıb.

Bununla Azərbaycanda ümumilikdə 28 nəfərdə koronavirus aşkarlanıb.

“Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşları Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq,” Nazirlər Kabineti yanında Operartiv Qərargah bildirir.

Bu günədək koronavirusla bağlı 4 200-ə qədər müayinə aparılıb.

Bu barədə Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında koronavirusla bağlı müzakirə zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, indiyədək xəstəlik aşkar olunmadığı üçün 711 nəfər karantindən evə buraxılıb. Hazırda karantində 560 nəfər var.

XS
SM
MD
LG