Accessibility links

Daha 4 güneyli fəal müvəqqəti azadlığa buraxılıb


Məhəmməd Mahmudi, Davud Şiri, Əyyub Şiri və Nasir Xülusi
Məhəmməd Mahmudi, Davud Şiri, Əyyub Şiri və Nasir Xülusi

İranda noyabr etirazları zamanı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən 4 milli fəal fevralın 26-da müvəqqəti azadlığa buraxılıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin xəbərinə görə, noyabr etirazları zamanı saxlanılan Məhəmməd Mahmudi, Davud Şiri, Əyyub Şiri və Nasir Xülusi ağır zəmanət qarşılığında, təxminən 3 aydan çox təhlükəsizlik qüvvələrinin nəzarətində qaldıqdan sonra müvəqqəti olaraq sərbəst buraxılıblar.

Müvəqqəti sərbəst buraxılan türk fəallar təxminən 3 aya qədər Təbriz Ettelaat İdarəsinin Həbsxanasında saxlanıldıqdan sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdülər. Fəalların aylarca təhlükəsizlik saxlanma mərkəzində nəzarətdə saxlanılması ailələrinin və digər türk fəalların narahatlığına səbəb olmuşdu.

İranda noyabr etirazları zamanı saxlanılan digər fəallar, o cümlədən Babək Hüseyni Müqəddəm, Şahin Bərzigər və Əkbər Mühaciri isə 24 və 25 fevral tarixlərində girov qarşılığında sərbəst buraxılmışdı.

Sərbəst buraxılan milli fəallar daha öncə də təhlükəsizlik qüvvələri tərəfindən həbs olunublar.

Nasir Xülusi 2017-ci ilin anvar ayında İran İnqilab qvardiyasının təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, rejimə qarşı təbliğat aparmaq ittihamından suçlanaraq 6 ay azadlıqdan məhrum edilmişdi.

Məhəmməd Mahmudi 2018-ci ildə Sulduz (Nəğədə) şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib, daha sonra zəmanət qarşılığında sərbəst buraxılmışdı.

Davud Şiri isə 2011-ci ilin aprelində Urmiyə gölünün qurumasına və İran parlamentinin problemə laqeydliyinə etiraz olaraq keçirilən aksiyalarda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, 4 ay həbs cəzasına məhkum olmuşdu.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG