Accessibility links

Daha bir AXCP fəalı həbs edilib


Fevralın 5-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının daha bir üzvü həbs edilib.

AXCP-nin məlumatına görə, partiyanın fəalı Elnur Yusubov Nizami Rayon Məhkəməsinin qərarı ilə 25 sutka inzibati həbsə məhkum edilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə ittiham edilib.

AXCP sədri Əli Kərimli Facebook səhifəsində yazır ki, ötən ilki mitinqlərin təşkilində roluna görə Elnur Yusubovu 15 il işlədiyi sevimli peşəsindən - həkimlikdən xaric edilib.

“Bu gün də heç bir əsas olmadan, şərləyərək 22 sutka inzibati qaydada həbs ediblər. 19 yanvar mitinqinə görə və mitinqdən sonra inzibati qaydada həbs edilən cəbhəçi funksionerlərin sayı 32 nəfər oldu. AXCP-nin daha 16 funksioneri isə siyasi məhbus həyatı yaşayır. Azərbaycan uğrunda ən ağır şəraitdə mübarizəni bir an da durdurmayan bu cəsur insanlara dəstək olmaq lazımdır,” Kərimli qeyd edir.

Rəsmi qurumlar AXCP fəalının həbsi ilə bağlı hələ məlumat yaymayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG