Accessibility links

Daha bir ilahiyyatçl saxlanılıb


Əhliman Rüstəmov
Əhliman Rüstəmov

Bakıdakı "Hacı Cavad" məscidinin keçmiş axundu, şiə ilahiyyatçı Əhliman Rüstəmov bu gün, oktyabrın 25-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

Oğlu Qasim Rüstəmov bildirib ki, atasını evdən aparıblar. Bu zaman mənzildə axtarış aparılıb və dini ədəbiyyat müsadirə edilib. İlahiyyatçının ailəsinə onun saxlanılmasının səbəbini açıqlamayıblar.

Rəsmi qurumlar ilahiyyatçının saxlanılması ilə bağlı hələ açıqlama verməyib.

Son günlər bir neçə şiə ilahiyyatçı saxlanılıb. Amma onlardan yalnız birinə - Sərdar Babayevə rəsmi ittiham irəli sürülüb. O, Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Yerli müşahidəçilər dindarların saxlanılmasını son vaxtlar Azərbaycan və İran arasında münasibətlərin gərginləşməsi ilə əlaqələndirirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG