Accessibility links

Daha dörd dövlət Avropa Parlamenti seçkiləri keçirir


Slovakiya, Malta, Latviya və Çexiya Respublikasının seçiciləri şənbə günü Avropa Parlamenti seçkilərində iştirak etmək üçün seçki məntəqələrinə üz tutublar.

Seçkilər 4 gün ərzində Avropa İttifaqının 28 ölkəsində keçiriləcək. Avropa İttifaqının budəfəki seçkiləri xüsusilə əhəmiyyətli hesab olunur.

Çoxları millətçi və ifrat sağçıların yaxşı nəticə əldə edəcəyini və qanunvericilikdə təmsil olunaraq, Avropa İttifaqının sahib olduğu gücü milli hökumətərə verməyə çalışacaqlarını proqnoz edir.

Mərkəzçi partiyalar isə öz növbəsində Avropa İttifaqı ölkələri arasında münasibətləri möhkəmlətmək istəyir. İttifaq İkinci Dünya Müharibəsindən sonra yeni münaqişələrin qarşısını almaq məqsədilə qurulmuşdu.

Britaniya, İrlandiya və Nederland artıq səs verib. Çexiya cümə günü səsverməyə başlasa da, seçkilər şənbə günü də davam edir.

Slovakiya, Malta və Latviya Avropa Parlamenti seçkilərini şənbə günü keçirir. İttifaqın digər üzv ölkələri seçkiləri bazar günü keçirir.

Rəsmi nəticələr, bütün ölkələrin səs verməsindən sonra, bazar günü axşam elan ediləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG