Accessibility links

Daimler şirkəti Almaniyada 60 min Mercedes avtomobilini geri çağırır


FILE- The logo of Mercedes is photographed at the annual news conference at the company's headquarters in Stuttgart, Germany.
FILE- The logo of Mercedes is photographed at the annual news conference at the company's headquarters in Stuttgart, Germany.

Daimler şirkəti dizellə çalışan 60,000 Mercedes avtomobilin geri çağırır. Bu qərar Almaniya tənzimləyicilərin avtomobilərdə emissiya testini təhrif edən proqram təminatının olduğu aşkar etdikdən sonra verilib. Bu barədə şənbə günü ölkənin Nəqliyyat Nazirliyindən bildirilib.

Ən çox geri çağırılan avtomobil modeli 2012 və 2015-ci illər arası istehsal edilmiş Mercedes-Benz GLK 220 oldu.

Daimler şirkəti avtomobillərin geri çağırılması göstərişinin cümə günü verildiyi təsdiq etsə də, bu qərara qarşı appelyasiyaya müaraciə edəcəyini bildirib. Bununla bərabər, şirkət hökumət tənzimləyiciləri ilə əməkdaşlığa davam edəcəyini qeyd edib.

Şirkətin rəqibi Volkswagen ABŞ emissiya sınaqlarını təhrif ediyini 2015-ci ildə etiraf etdikdən sonra bu qalmalaq digər avtomobil istehsalçılarına yayılmışdı. Daimler daha öncə dizel mühərriyindən gələn artıq emissiyalı 3 milyon avtomobili geri çağırmışdı.

XS
SM
MD
LG