Accessibility links

DAK İran səfirliyi qarşısında etiraz aksiyası keçirib


DAK İran səfirliyi qarşısında etiraz aksiyası keçirib
DAK İran səfirliyi qarşısında etiraz aksiyası keçirib

DAK bildirir ki, son zamanlar İranın Azərbaycan dövlətçiliyi əleyhinə təxribatları artmaqdadır. Hətta, siyasi oyunlar o həddə çatıb ki, Azərbaycan türklərinin etnik kimliyi, onun dövlət atributları təhqir olunur.

Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı da olmaqla bir qrup fəal Urmiyə gölünün qurumasına etiraz olaraq İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirməyə cəhd edib. Polis etirazçılarla sərt davranıb və onları səfirliyin qarşısına buraxmayıb. Həmçinin polis piketçilərin qaldırdığı “Urmu gölü can verir, Məclis onun məhvinə fərman verir! “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!”, “Rədd olsun İran rejimi!”, “Həbs edilənlərə azadlıq!” və başqa şüar və plakatları yığışdırsa da, etirazçılar uca səslə eyni şüarları səsləndiriblər.
DAK həmsədri Sabir Rüstəmxanlı piketin qətnaməsini İran səfirliyinə təqdim etmək üçün müraciət edib, səfirlik sənədi qəbul etməyib. “Səfirlikdə 5-6 adam işləyir. Onların bəyanatı qəbul edib-etməməsi o qədər də əhəmiyyətli deyil. Əsas odur ki, bizim bəyanatları İran və Azərbaycan ictimaiyyəti dəstəkləyir və dünya mediası qəbul edir”, - o jurnalistlərə bildirib.
Aksiya iştirakçılarının bəyanatında deyilir ki, Güney Azərbaycanda Urmiyə gölü fars şovinistlərinin məkrli siyasəti ilə qurumaq təhlükəsi ilə qarşı-qarşıyadır. “Son zamanlar İranın Azərbaycan dövlətçiliyi əleyhinə təxribatları artmaqdadır. Hətta, siyasi oyunlar o həddə çatıb ki, Azərbaycan türklərinin etnik kimliyi, onun dövlət atributları təhqir olunur. Həmçinin İranın əsarəti altında olan Güney Azərbaycanda soydaşlarımıza qarşı mənəvi və fiziki soyqırımlar güclənməkdədir”, - sənəddə vurğulanır. Qeyd olunur ki, Urmiyə gölünün qurumasına İranda etiraz edən azərbaycanlılar kütləvi şəkildə həbs olunur. “Xeyli sayda yaralı və şəhid olanlar var. Dünya Azərbaycanlıları Konqresi olaraq soydaşlarımızın təşəbbüsünü dəstəkləyirik, millətimizi etirazlara qoşulmağa çağırırıq, fars rejimindən millətimizə qarşı apardığı irqçi, qeyri-insani siyasətə son qoymağı, onların tələblərini yerinə yetirməyi tələb edirik”, - bəyanatda bildirilir.

XS
SM
MD
LG